1 ABŞ dolları = 1.7000 AZN1 Avro = 2.0067 AZN1 Rusiya rublu = 0.0272 AZN1 t.u. Qızıl = 2209.0820 AZN1 t.u. Gümüş = 28.9073 AZN
Şou Biznes...
Aygün Kazımova: “Ay da, uy da, oy mama” kimi işlər mənlikdir – MÜSAHİBƏ

Aygün Kazımova: “Ay da, uy da, oy mama” kimi işlər mənlikdir – MÜSAHİBƏ

13 mart 2018, 11:39
Oxunub: 329
Xalq artisti Aygün Kazımova ilə tədbirlərin birində ayaqüstü görüşdük.

Xeberde.Com oxu.az-a istinadən xəbər verir ki, həmişəki kimi, tədbirdə seçilməyi və diqqət çəkməyi bacarır.

Əhvalı yüksəkdir. Gülür, ətrafa enerji saçır. Xoş əhvalından istifadə edib bir-iki sual ünvanlayırıq.

Oxu.Az-a yeni işlərindən danışan Kazımovanın müsahibəsini təqdim edirik:

– İnsanlar konsertdən sonra yenidən durğunluq olacağını düşünürdülər, lakin Aygün Kazımova aktiv həyatına davam edir...

– Əslində, mənim aktiv həyatım keçən ilin yanvarından başlayıb, hələ də davam edir.

– Yeni işlər var, amma deyəsən, gizlədirsiniz...

– Bəli, var. Üç gün öncə bir klipi bitirdik. Hətta çəkiliş zamanı yıxılmışam. Burnumdan zədə almışdım. Rejissora demişəm ki, necə edirsən, et, onu gizlət.  Bundan başqa, ardı-arası kəsilmədən tamaşaçılarımız yeni layihələr görəcək.

– Yeni fotosessiyanız fərqli idi, yenə də insanları təəccübləndirdiniz...

– Bu, kişi imicini əks etdirən geyimlər idi. Mənə tamaşaçıların rəyi çox maraqlıdır. Dostlarım fotolarımı çox bəyəndiklərini söylədilər. Növbəti fotosessiyamız tam başqa olacaq. Klipdə görünüşüm tam başqa, o birində isə başqa cür olacaq. Gözəl xəbərlər var. 

– Bu yaxınlarda “Cücələrim” layihəsi də oldu. Tamaşaçılar sizdən bunu gözləmirdi...

– Sıradan, hər kəsin görə biləcəyi bir şey mənlik deyil. Deyəndə ki bunu kim edə bilər? “Ay da, uy da, oy mama” kimi işlər mənlikdir.

– “Eurovision” təmsilçimizlə bağlı məlumatınız var? Mahnımızı bəyənmisiniz? 

– Hələ mahnısını dinləməmişəm. Ancaq Ayseli tanıyıram. Vaxtımız var, müğənnini çox peşəkar şəkildə yarışmaya hazırlamaq olar. İnanıram ki, gözəl performans olacaq. Çünki Aysel istedadlı qızdır, mənim qızımla rəfiqədir. Ona uğurlar arzu edirəm. Hansısa dəstəyim lazım olsa, bilsin ki, hər zaman hazıram.

– Nə vaxtsa sizi o səhnədə görəcəyik?

– Bilirsiniz axı, “Eurovision”a qatılmaq biz sənətçilərin arzusu ilə olmur. Ona görə də, yəqin ki, mənə təklif olunsa, məmnuniyyətlə qəbul edərəm. Lakin iş orasıdır ki, elə bir təklif yoxdur (gülür).

– Hazırda səhnədə olan, öz sözünü demiş sənətçilərdən kimi “Eurovision”da görürsünüz?

– Çox adamı o səhnədə görürəm, ancaq adlarını çəkməyəcəm. Düşünürəm ki, peşəkarlar həmin müğənniləri hazırladıqdan sonra heç bir problem olmaz. Sadəcə, yaxşı hazırlaşmaq mütləqdir.

Ana Səhifə
Digər Xəbərlər...

Xəbər lenti

18 iyun
22:58 ''Arvadlı-kişili hamınızı aparıb qoyacam içəri..'' - Bakıda hamı bu polisdən danışır - VİDEO15:25 Azərbaycanlı ifaçı canlı yayıma bağlanmaq istəyən anasıyla danışmaqdan imtina etdi: "Bağışlamaram"- VİDEO15:19 Afaq Aslan: “Oturmadığı qucaq qalmayıb” - VİDEO12:07 "Almaniya üzərindəki qələbəni meksikalı azarkeşlərə həsr edirik"12:04 Murad və Tuba 11 il sonra yenidən bir arada - Video11:56 Bu da Shahrukh Khanın özündən yaraşıqlı oğlu - FOTO11:48 Roza maşını kimə hədiyyə edib?- FOTO00:09 Bürclər Haqqında 17 - 06 - 2018
17 iyun
22:56 "Son zəng" günü qəflətən dünyasını dəyişən müəllimin son görüntüləri yayıldı - VİDEO22:43 Yol polisi reyd keçirib: 30-dan artıq sürücü cərimələnib - VİDEO22:09 Tora düşən heyvan insanları çaş-baş saldı - Baş hissəsi quş, bədən hissəsi isə balıqdır / VİDEO21:55 Aynişanın ailəsində XOŞ GÜN: Möhtəşəm - FOTOLAR21:48 "Oturub-durmadıqları qucaq qalmayıb" - Afaq Aslan özündən çıxdı - VİDEO21:37 Azəri qızı Günelin qardaşının xınayaxdı mərasimindən VİDEO21:22 DÇ-2018-də ilk sensasiya: Almaniya uduzdu - VİDEO20:55 "Bakılı oğlanlar"dan Məmmədxanovun qızına TOY SÜRPRİZİ - VİDEO20:41 “Ermənilər kişi deyil, biz Azərbaycan kişilərini istəyirik” - Erməni qızlar üsyan etdi - VİDEO20:35 İş adamının oğlu ilə ailə quran Anar Məmmədxanovun qızının toyundan İLK GÖRÜNTÜLƏR - VİDEOLAR
16 iyun
00:12 Bürclər Haqqında 16 - 06 - 2018
15 iyun
23:01 Leyla Əliyevadan bayram təbriki22:40 Fədayə Laçınla bağlı XƏBƏR VAR: Avqustda...22:30 Roza Hüseynə "Əlini maşından çək" deyib stəkan atdı - VİDEO22:25 Dilənçi qadının paltarını çıxardılar və... - Hər şey bir anda ortaya çıxdı / VİDEO22:17 Nigar Camaldan bu geyimdə ehtiraslı RƏQS - VİDEO
Загрузка...