1 ABŞ dolları = 1.7000 AZN1 Avro = 2.0067 AZN1 Rusiya rublu = 0.0272 AZN1 t.u. Qızıl = 2209.0820 AZN1 t.u. Gümüş = 28.9073 AZN
Gözləyin...
Ayxan Abbasov: "Kimlərsə özünü futbol alimi hesab edir"

Ayxan Abbasov: "Kimlərsə özünü futbol alimi hesab edir"

13 mart 2018, 16:00
Oxunub: 185
"Zirə"nin baş məşqçisi Ayxan Abbasov müsahibə verib.

Xeberde.Com qol.az-a istinadən xəbər verir ki, mütəxəssis Topaz Premyer Liqanın 20-ci turunun "Səbail"lə qarşıdakı oyunundan danışıb, həm də son vaxtlar klubla bağlı yayılan xəbərlərə münasibət bildirib.

- Bu tur "Zirə" "Səbail"lə qarşılaşacaq. Həmin oyun haqda nə düşünürsünüz?

- Biz hər oyunda meydana qələbə qazanmaq, məğlub olmamaq üçün çıxırıq. Rəqiblərin fərqi yoxdur. Bu oyuna da ciddi hazırlaşmışıq. Bilirik ki, ikinci dövrəyə yaxşı başlamamışıq. Evdə oynayacağıq. Bu üstünlüyümüzdən istifadə etməyə çalışacağıq.

- Komandanız çempionatın 2-ci dövrəsində 5 oyundan cəmi 2 xal toplayıb. Uğursuz çıxışın səbəbini nədə görürsünüz?

- Səbəblər çoxdur. Ən böyük səbəb yeni futbolçuların komandaya gec qoşulmalarıdır. Bundan başqa, "Qəbələ", "Qarabağ" və "Neftçi" kimi güclü rəqiblərlə səfərdə oynadıq. Evdə "Sumqayıt" və "Keşlə"ni məğlub edə bilsəydik, hər şey istədiyimiz kimi gedəcəkdi. Həmin oyunlarda pis təsir bağışlamadıq. Qol imkanlarımız oldu, istifadə edə bilmədik. Futbolda belə hallar olur. Futbolçularımızı psixoloji durumdan çıxarmağa çalışırıq. Bir qələbə ilə bütün komandaya inam gələcək.

- Belə bir fikir var ki, məhz Qəbələdəki qalmaqaldan sonra komandada eniş yaşanır...

- Qəbələdəki hadisədən sonra iki aparıcı futbolçumuzu itirdik. Bunun da digər oyunlara təsiri oldu. Həmin hadisələrin baş verməsini istəməzdik. Amma heç nədən sığortalanmamışıq. Qadze və Tounkaranın olmaması hardasa çıxışımıza təsir etdi.

 

- 4-cü pillədədəki "Sumqayıt"la 1, 5-cı sıradakı "Neftçi" ilə isə 6 xallıq fərq var. Sizcə, "Zirə" mövsümün sonunda hazırkı mövqeyinizi qoruyub saxlaya biləcək?

- 10 xallıq fərq olanda da bildirmişdim ki, gərgin mübarizə gedəcək. Adınız çəkdiyiniz rəqiblərlə eyni səviyyədəyik. Onlar da yüksək yerlər uğrunda oynayan komandalardır. Düzdür, üstünlüyümüzü qoruya bilmədik. Amma yenidən xallar qazanıb, mövqeyimizi möhkəmlətmək istəyirik.

- Yəni, deyirsiniz ki, ardıcıl uğursuzluqlar qarşıya qoyulan hədəfləri dəyişdirməyib...

- Çempiontdan əvvəl qarşımıza avrokuboklarda yenidən iştirak etməyi məqsəd qoymuşduq. Rəqiblərimizin güclü olduğunu, qış fasiləsindən sonra daha gərgin çempionat keçəcəyini bilirdik. İstənilən komandalarla oyunda xal itirmək mümkündür. Buna baxmayaraq, hədəfimiz dəyişməyib. Bizim hazırkı durumumuz istənilən komandanın başına gələ bilər. Alınmayanda alınmır. Bu o demək deyil ki, biz təslim olub, ruhdan düşəcəyik. Futbolçular da dərk edirlər ki, vəziyyətdən çıxmaq üçün daha da əzmkar olmaq lazımdır. Rəhbərlik də sağ olsun, hər zaman dəstək olur, yanımızdadır. Komandanı ruhlandırırlar. Son nəticələri faciəyə çevirməmişik.Çünki qarşıda çox oyun var.

- Bu gün rəhbərliyin komandaya soyuq münasibət göstərdiyi yazılır. Media klub rəhbərliyini ictimaiyyət arasına çıxmamaqda günahlandırır.

- Belə yazılar mənə çox maraqlı gəlir. Hardan və niyə qaynaqlanır? Sanki komandanın içindədirlər. Məncə, bu gün "Zirə" rəhbərliyinə təşəkkür etmək lazımdır. 3 ilin komandasını bu təzyiq altında, bu cür rəqiblərə qarşı saxlamaq asan məsələ deyil. Yəqin kimlərsə özünü futbol alimi hesab edir. Amma futbolun içində olan adamlar bilirlər ki, bu gün komanda saxlamaq çox çətindir. Köklü klublarla mübarizə aparmaq və son 3 ildə uğurlu nəticələr qazanmaq üçün yaradılan şəraitə görə bu rəhbərliyə təşəkkür etmək lazımdır. Klubu düzgün idarə edirlər. Hər mənada komandanın yanındadılar. Soyuq münasibət yoxdur. Komandanın yaxşı vaxtında da, pis nəticələr olanda da həmişə arxamızdadılar. Əvvəlcə klubun rəhbərliyindən soruşmaq, sonra nəyisə yazmaq lazımdır. Bilirik ki, nəticə olmayanda hansısa problemlər axtarılacaq. Çalışacağıq ki, bu cür söz-söhbətlər komandaya təsir etməsin

Ana Səhifə
Digər Xəbərlər...

Xəbər lenti

18 iyun
22:58 ''Arvadlı-kişili hamınızı aparıb qoyacam içəri..'' - Bakıda hamı bu polisdən danışır - VİDEO15:25 Azərbaycanlı ifaçı canlı yayıma bağlanmaq istəyən anasıyla danışmaqdan imtina etdi: "Bağışlamaram"- VİDEO15:19 Afaq Aslan: “Oturmadığı qucaq qalmayıb” - VİDEO12:07 "Almaniya üzərindəki qələbəni meksikalı azarkeşlərə həsr edirik"12:04 Murad və Tuba 11 il sonra yenidən bir arada - Video11:56 Bu da Shahrukh Khanın özündən yaraşıqlı oğlu - FOTO11:48 Roza maşını kimə hədiyyə edib?- FOTO00:09 Bürclər Haqqında 17 - 06 - 2018
17 iyun
22:56 "Son zəng" günü qəflətən dünyasını dəyişən müəllimin son görüntüləri yayıldı - VİDEO22:43 Yol polisi reyd keçirib: 30-dan artıq sürücü cərimələnib - VİDEO22:09 Tora düşən heyvan insanları çaş-baş saldı - Baş hissəsi quş, bədən hissəsi isə balıqdır / VİDEO21:55 Aynişanın ailəsində XOŞ GÜN: Möhtəşəm - FOTOLAR21:48 "Oturub-durmadıqları qucaq qalmayıb" - Afaq Aslan özündən çıxdı - VİDEO21:37 Azəri qızı Günelin qardaşının xınayaxdı mərasimindən VİDEO21:22 DÇ-2018-də ilk sensasiya: Almaniya uduzdu - VİDEO20:55 "Bakılı oğlanlar"dan Məmmədxanovun qızına TOY SÜRPRİZİ - VİDEO20:41 “Ermənilər kişi deyil, biz Azərbaycan kişilərini istəyirik” - Erməni qızlar üsyan etdi - VİDEO20:35 İş adamının oğlu ilə ailə quran Anar Məmmədxanovun qızının toyundan İLK GÖRÜNTÜLƏR - VİDEOLAR
16 iyun
00:12 Bürclər Haqqında 16 - 06 - 2018
15 iyun
23:01 Leyla Əliyevadan bayram təbriki22:40 Fədayə Laçınla bağlı XƏBƏR VAR: Avqustda...22:30 Roza Hüseynə "Əlini maşından çək" deyib stəkan atdı - VİDEO22:25 Dilənçi qadının paltarını çıxardılar və... - Hər şey bir anda ortaya çıxdı / VİDEO22:17 Nigar Camaldan bu geyimdə ehtiraslı RƏQS - VİDEO
Загрузка...