1 ABŞ dolları = 1.7000 AZN1 Avro = 1.9906 AZN1 Rusiya rublu = 0.0276 AZN1 t.u. Qızıl = 2214.2925 AZN1 t.u. Gümüş = 28.2447 AZN
Gözləyin...
Bakıda dələduz pakistanlı həkim peyda olub – VİDEO

Bakıda dələduz pakistanlı həkim peyda olub – VİDEO

16 may 2018, 01:32
Oxunub: 595
Özünü həkim kimi təqdim edən pakistanlı Cəfər adlı şəxs, bir neçə nəfəri aldadıb. O xəstənin yaxınlarına xəstəni sağaldacağına söz verib və pul alaraq aradan çıxıb.

Xeberde.Com “xezerxeber.az”a istinadən xəbər verir ki, həmin şəxsin verdiyi dərmanlar da xəstələrin halını daha da pisləşdirib və onları ölümcül hala salıb.

Həyat yoldaşı onkoloji xəstə olan şəxs həkim fırıldağının qurbanı olub. Özünü həkim kimi təqdim edən pakistanlı Cəfər adlı bir nəfər paytaxt sakini Yunus İmranovu aldadaraq ondan doqquz min manat nağd pul alıb və aradan çıxıb.

Yunus İmranovun sözlərinə görə, pakistanlı Cəfəri ona təxminən 20 gün əvvəl bir tanışı məsləhət görüb.

Təxminən üç gün keçdikdən sonra pakistanlı şəxs Yunusa İmranova zəng vuraraq dərmanların hazır olduğunu deyib və görüşərək pulları alıb.

Ancaq qadına vurulan dərmanlar gözlənilən effekti verməyib. Əksinə onkoloji xəstə olan Elmira İmranovanın halını qarışdırıb və onu ölümcül hala salıb.

Bundan sonra, Yunus İmranov dəfələrlə həmin şəxslə əlaqə saxlamağa çalışıb. Amma həmin şəxs onun nömrəsini qara siyahıya atıb.

İddialara görə, bu dirnaqarası həkim bir nəfərdən də 3500 ABŞ dolları alıb. Ancaq çox keçməyib ki, həmin şəxs dünyasını dəyişib.

İddialar əsasınada biz də sözügedən şəxslə əlaqə saxlamağa çalışdıq. Onun nömrəsinə zəng çatsa da, cavab verən olmadı.

Hüquşunas Xəyal Bəşirovun sözlərinə görə, iddalar doğrudursa, Pakistanlı şəxsin etdiyi hərəkət birbaşa dələduzluq hesab edilir.

Zərərçəkmiş şəxs bununla bağlı polisə müraciət etməlidir. Əgər həmin şəxsin əməli sübuta yetirilərsə, pakistanlı cəfəri 4 mindən 7 min manata qədər cərimə və ya 1 ildən 3 ilədək azadlığın məhdudlaşdırılması cəzası gözləyir. Xəyal Bəşirov onu da bildirdi ki, zərərçəkmiş Yunus İmranov ona dəyən maddi və mənəvi ziyanın ödənilməsi üçün məhkəməyə də müraciət edə bilər.

 

 

Ana Səhifə
Digər Xəbərlər...

Xəbər lenti

27 may
01:08 “İradə ilə balaca körpəmiz var, ona görə ayrıla bilmərik” - DJ Roşka - VİDEO00:25 Qadın evinə çağırdığı ustayla zorla cinsi əlaqədə oldu - Əlimi sinəsinə qoyub ... - VİDEO00:06 Bürclər Haqqında 27 - 05 - 2018
26 may
22:19 Heydər Əliyev məzun oldu - Video22:16 "Zaurun verilişində anamı gördüm, 7 manat pul verdi ki, çıx get..." - Küçədə qalan uşaq - VİDEO21:42 Rəqsanə efirdə əkizlərinin UZİ görüntülərini göstərdi - VİDEO21:35 Müəllimlərə şad xəbər: maaşları artırılacaq19:16 60-78 yaşlı qadınlar modellərə döndülər - unikal FOTOlar16:09 Bakıda "Tələbəyəm, yemək almağa pulum yoxdur" deyən gəncə bunu dedilər - VİDEO16:06 Kişi avtobusda öpüşən qızla oğlanın biabırçı hərəkətinə belə reaksiya verdi - VİDEO15:34 Safura qızı Aişənin fotosunu paylaşdı15:31 Azərbaycanda dəhşət - Ər arvadını "kislota"yla yandırdı - VİDEO15:23 Məleykə Əsədova qızının atası ilə bağlı sualı belə cavablandırdı - VİDEO15:06 Əməkdar artistimizin hicaba keçən qızı ikinci dəfə ərə gedir - VİDEO14:53 Almeyda yığmadan da kənarlaşdırıldı13:34 Nigeriyalı futbolçuların rus qızlarla görüşməsinə qadağa qoyuldu13:09 Fermerlərə şad xəbər: Rusiya türk pomidorlarından razı qalmadı12:40 Bitkoin dövrə vurur12:26 Qadınları şantaj edən Aslan ələ keçdi - FOTO11:31 Final öncəsi şanslar - TƏHLİL11:07 Deputat: İlk jurnalist-publisistəm ki, “Xalq yazıçısı” fəxri adını almışam10:17 AXC-nin 100 illiyi San Dieqoda qeyd olunacaq09:16 “Real”, yoxsa “Liverpul”? 08:58 Putin Dünya Çempionatındakı əsas favoritini açıqladı
Загрузка...