1 ABŞ dolları = 1.7000 AZN1 Avro = 1.9960 AZN1 Rusiya rublu = 0.0258 AZN1 t.u. Qızıl = 2037.8410 AZN1 t.u. Gümüş = 24.2225 AZN
Gözləyin...
Bakıya erməni qızlarını kim göndərir? -ŞOK FAKTLAR

Bakıya erməni qızlarını kim göndərir? -ŞOK FAKTLAR

12 mart 2018, 16:58
Oxunub: 1669

Rosanna Kapilyan. Bu ad çoxları üçün tanış olmaya bilər. Amma erməni "Asala" terror təşkilatının ən fəal üzvlərində biri olan bu qadın Azərbaycanın başına çox bəlalar gətirmişdi.

Rosanna Kapilyan kim idi? 

1964-cü ildə Gəncədə doğulan Rosanna orta məktəbi o zamankı Kirovabad (indiki Gəncə) şəhərində bitirmişdi. Beynəmiləl məktəbin şagirdi olan Rosanna məktəbi bitirdikdən sonra Gəncədə yerləşən Dəmiryol xəstəxanasının doğum şöbəsinə tibb bacısı kimi işə düzəlir. Rosanna erməni terror təşkilatlarının silahla edə bilmədiyi cinayətləri törətmək üçün hazırlanmış qatil idi. 1981-ci ildə tibb texnikomunu bitirməsə də, hansı səbəbdən doğum evində tibb bacısı işləməsi müəmmalı idi. O öz cinayətlərinə elə 1981-ci ildən start verir.

Doğum evində körpələrin müəmmalı ölümü heç kimi şübhələndirmir. Bu, Rosannanın işinə yarayırdı. Qatil öz qurbanlarını səssiz aradan götürürdü. Xüsusi hazırladığı iynələrlə körpələri məhv edən Rosannanın cinayətlərinin üstü 21 iyul 1985-ci ildə açılır. Doğum şöbəsində çoxsaylı körpələrin tələf olmasından sonra aparılan araşdırma zamanı bu cinayətin tibb bacısı Rosanna Kapilyan tərəfindən törədildiyi ortaya çıxır. Lakin hansı səbəblərdənsə, gənc tibb bacısı aradan çıxardılır. Doğum evində baş verən ölümləri isə azərbaycanlı tibb bacısının adına yazırlar.

Görsel sonucu
1981-ci ildən işlədiyi xəstəxanada ümümilikdə 29 körpəni öldürən Rosannanın "Asala" terror təşkilatındakı kod adı "Killer" idi.
O öz əməllərindən yenə qalmır. I Qarabağ savaşı başlayanda peşəkar bir döyüşçü kimi hazırlanan Rosanna Kapilyan bu dəfə Şuşada döyüşçülərimizə tələ qurmaqla məşğul olur. Rosanna Kapilyan rəhbərlik etdiyi qızlardan ibarət snayperlər qrupu ilə Şuşa şəhərini müdafiə edən əsgər və zabitlərimizi öldürür. Onun cinayətləri bununla da bitmir.

Tarixçi Nadir Əsgərov yenidən peyda olan Rosanna Kapilyanın əməlləri haqqında yazır:

"Terrorçu erməni qadını Rosanna Kapilyanın adı 1997-ci ildə Pyatiqorskda keçirilən terror aktında çeçen terroçu qadını Teymosxanova ilə birlikdə ibtidai istintaqda keçib.
Armavir partlayışından sonra məhkəməyə göndərilən işdən isə onun adını RF Təhlükəsizlik xidməti çıxarıb. 2001-ci ildən Vayk rayonu ərazisində "Розовый платок" – "Çəhrayı dəsmal" qrupu yaradaraq Naxçıvan istiqamətində "Хатун" adlı erməni-yezidi birgə təxribat planlarının reallaşmasında fəaliyyət göstərib.
2010-cu ilin aprelindən etibarən o,"Московская группа" adlı dəstə yaradaraq "Вербовка" planı əsasında işə başlayıb. İlk olaraq qrupa 13 nəfər işsiz-gücsüz erməni qızları cəlb olunub. Daha sonra qrup böyüyüb. Təxmin edilir ki, hazırda qrupun 200-dən yuxarı qadın üzvü var. Onların əsas məqsədi RF-də təhsil alan azərbaycanlı tələbələrlə və yaxud kommersiya üçün oraya üz tutmuş cavan azərbaycanlı oğlanlarla əlaqə yaradaraq onlarla ailə qurmaq və ya sevgilisi olmaqla yenidən Azərbaycana, əsasən Bakıya keçməkdir".(news12.az)

Ana Səhifə
Digər Xəbərlər...

Xəbər lenti

25 sentyabr
13:02 Ukraynada azərbaycanlılardan ibarət silahlı dəstə ələ keçdi12:59 Həkim əməliyyatdan sonra xəstəni zorladı12:56 Demet Akalının Bakı konserti ləğv olundu12:52 Tolik və Niyam efirdə yerə uzandı, tənqid olundu - VİDEO12:46 Azərbaycanlı taksi sürücüsü yatmış sərnişini zorladı00:28 Məşhurlar xərçəng olan "Toppuş bacı"ya dəstək oldu: Aygün 200 manat, Şəbnəm 1000 manat - SİYAHI00:27 Ülviyyə od püskürdü: "Rəqsanə qələt edir" - QALMAQAL00:22 Şəbnəm Tovuzlunun dəbdəbəli evindən FOTOLAR
24 sentyabr
21:10 Aygün və Namiq illər sonra bir arada - VİDEO21:06 Azərbaycan ordusu ən yaxşı tankçılarını seçir - FOTO/VİDEO14:07 "Prado" radara düşdü, protokol "Jiquli"yə göndərildi - FOTO14:05 "Dedim ki, öldür, canım qurtarsın" – Sevgilisiylə birləşib ərini baltalayan 4 uşaq anası - VİDEO13:45 Snayperimiz ermənini əsgərini vurdu və kameraya çəkdi - VİDEO13:43 Leysan, dolu və külək geri qayıdır - XƏBƏRDARLIQ13:40 Abşeronda hoteldə gənc qız öldürüldü13:32 Fədayə Laçın məhkəmədə oxudu13:28 Xəzərdə nəhəng burulğan - VİDEO
23 sentyabr
23:48 Afaq Gəncəli məşhurlarla hovuzda - VİDEO23:43 Bakı bulvarında DƏHŞƏT: İnsanların gözü qarşısında – ÖLƏN VAR23:36 Gürcüstanda silahlı insident: dörd azərbaycanlı yaralandı23:32 Saatlıda kürəkən qayınanasını öldürdü, həyat yoldaşını yaraladı - VİDEO14:37 Metronu su basdı – VİDEO14:34 Bakının iki prospektində sürət həddi 20 km/saat endirildi14:31 Hakerlər erməni istifadəçilərin poçt ünvanlarını “sındırdılar”
Загрузка...