1 ABŞ dolları = 1.7000 AZN1 Avro = 1.9960 AZN1 Rusiya rublu = 0.0258 AZN1 t.u. Qızıl = 2037.8410 AZN1 t.u. Gümüş = 24.2225 AZN
Şou Biznes...
Damla: Nə haqla atamın məzarına dil uzadırsınız?

Damla: Nə haqla atamın məzarına dil uzadırsınız?

14 mart 2018, 12:48
Oxunub: 286
Müğənni Damla sosial media hesabında atasının ölümündən sonra toylara getməsini qınayanlara cavab verib.

Xeberde.Com oxu.az istinadən xəbər verir ki, ifaçı “Instagram” səhifəsində toylara məcburən getdiyini yazıb:

“İçinizdəki insanlığı kim öldürüb? Kənardan bir insanın həyatını müzakirə etmək, həqiqətləri bilmədən danışmaq, kiminsə könül yarasını qanatmaq bu qədərmi adi bir şeydir?

Özünə, varlığına, ailəsinə hörmət etməyən “insancıq”lar, mənim ata itkimi ələ salıb məni nə haqla qınaya bilərsiniz? 

Anamın icazəsi və hallallığı ilə işimə davam etmişəm. Bunu dərk edə bilmirsiniz, məcburam! Aylar öncə yazılmış toylar, əmanət verilən behlər, öncədən təyin olunmuş konsert salonları, satılan biletlər, xaricə uçmaq üçün alınan təyyarə biletləri, komandamın aylıq maaşı, ailəmin yükü, oğlumun təhsili və daha yazmaq istədiyim bir çox şeylər…

Bunların hesabatını kim ödəyəcəkdi? Mən təkəm, arxasızam. O şərh yazanların ağzı isti yerdədir. Ya ərləri qazanır, ya da kimlərinsə hesabına yaşayırlar. 

Siz nə haqla atamın məzarına dil uzadırsınız? Kimsiniz? Yazırsınız ki, atasının yasını saxlamır. Məndən çox canınız yanır? Yazırsınız ki, kefdəsən, puldan gözün doymur, bütün günü toylardasan.

Toy dediyiniz ailə məclisidir. Mən klublarda əlimdə içki görüntülənməmişəm, ağzınıza gələni yazırsınız. Hər gün saçımı rənglədirəm, ya atamın ölümündən sonra soyunmağa başlamışam? Nə dəyişib ki?

İllərdir ki, ürək xəstəsi olan atamın bütün çətinliyini tək çiynimdə daşımışam. Bir çox oğulun etmədiyini etmişəm. Sağlığında insana dəyər verirlər. Onu sağ ikən heç bir sıxıntıda yaşatmamışam.

Təki hamı mənim kimi ailəsinin qədrini bilsin. İçimdəki ağrını nə bilirsiniz? Utanın! Allahınız olsun, susun. Acı və itki mənimdir”.

Qeyd edək ki, Damlanın atası Qərib Məmmədov ötən ayın əvvəlində dünyasını dəyişib. 

Ana Səhifə
Digər Xəbərlər...

Xəbər lenti

25 sentyabr
13:02 Ukraynada azərbaycanlılardan ibarət silahlı dəstə ələ keçdi12:59 Həkim əməliyyatdan sonra xəstəni zorladı12:56 Demet Akalının Bakı konserti ləğv olundu12:52 Tolik və Niyam efirdə yerə uzandı, tənqid olundu - VİDEO12:46 Azərbaycanlı taksi sürücüsü yatmış sərnişini zorladı00:28 Məşhurlar xərçəng olan "Toppuş bacı"ya dəstək oldu: Aygün 200 manat, Şəbnəm 1000 manat - SİYAHI00:27 Ülviyyə od püskürdü: "Rəqsanə qələt edir" - QALMAQAL00:22 Şəbnəm Tovuzlunun dəbdəbəli evindən FOTOLAR
24 sentyabr
21:10 Aygün və Namiq illər sonra bir arada - VİDEO21:06 Azərbaycan ordusu ən yaxşı tankçılarını seçir - FOTO/VİDEO14:07 "Prado" radara düşdü, protokol "Jiquli"yə göndərildi - FOTO14:05 "Dedim ki, öldür, canım qurtarsın" – Sevgilisiylə birləşib ərini baltalayan 4 uşaq anası - VİDEO13:45 Snayperimiz ermənini əsgərini vurdu və kameraya çəkdi - VİDEO13:43 Leysan, dolu və külək geri qayıdır - XƏBƏRDARLIQ13:40 Abşeronda hoteldə gənc qız öldürüldü13:32 Fədayə Laçın məhkəmədə oxudu13:28 Xəzərdə nəhəng burulğan - VİDEO
23 sentyabr
23:48 Afaq Gəncəli məşhurlarla hovuzda - VİDEO23:43 Bakı bulvarında DƏHŞƏT: İnsanların gözü qarşısında – ÖLƏN VAR23:36 Gürcüstanda silahlı insident: dörd azərbaycanlı yaralandı23:32 Saatlıda kürəkən qayınanasını öldürdü, həyat yoldaşını yaraladı - VİDEO14:37 Metronu su basdı – VİDEO14:34 Bakının iki prospektində sürət həddi 20 km/saat endirildi14:31 Hakerlər erməni istifadəçilərin poçt ünvanlarını “sındırdılar”
Загрузка...