1 ABŞ dolları = 1.7000 AZN1 Avro = 1.9906 AZN1 Rusiya rublu = 0.0276 AZN1 t.u. Qızıl = 2214.2925 AZN1 t.u. Gümüş = 28.2447 AZN
Gözləyin...
DİQQƏT! Sosial şəbəkələrdə təhqir edənlər cəzalanacaq –VİDEO

DİQQƏT! Sosial şəbəkələrdə təhqir edənlər cəzalanacaq –VİDEO

14 may 2018, 00:16
Oxunub: 478
İnsanlar sosial şəbəkələrdən müxtəlif məqsədlər üçün istifadə edirlər. Kimisi qazanc əldə edir, kimisi maariflənir, kimisi də insanlara qarşı qara piar kampaniyasına başlayır.

ARB 24 xəbər verir ki, əsasən də publikaya açıq olan qruplarda paylaşılan fikirlərə etikadan kənar şərhlər yazılır. Belə hallarla əsasən gününün çox hissəsini virtual aləmdə keçirən gənclər qarşılaşır.

 

Zəhra İsmayılzadə - Bakı sakini: "Bunlar qorxaq insanların etdikləridir sadəcə... İnsan öz fikrini deməyə belə çəkinir gedir fake profil açır elə təhqir edir".

Mütəxəssislərin sözlərinə görə, ölkədə üç milyona yaxın sosial şəbəkə istifadəçisi var. Cəmiyyətimizin nüfuzlu şəxsləri də sosial şəbəkələrdə yer alır. Bəzi hallarda tanınmış insanların adlarına saxta profillər açılır.

Ekspertlərin fikrincə, belə səhifələri diqqətlə araşdırdıqda saxta olub-olmamasını müəyyənləşdirmək olur.

Osman Gündüz – İT mütəxəsissi: "Elə insanlar var ki, artıq dövlət qurumunun adından saxta səhifə yaradır və onun adından açıqlamalar yayır. Qeyri-qanuni məqsədlər üçün istifadə olunur. Bu təbəqə təhlükəlidir. Saxta olmasını araşdılrmaq üçün müəyyən prosedurlar var. Raşdırmaq lazımdır ki, nə vaxt yaranıb, hansı informasialar qoyulur, kordinatları varmı və s... "

Sosial şəbəkələrdə təhqir və söyüşlərə qarşı ictimai qınağın da böyük əhəmiyyəti var.

Millət vəkilinin sözlərinə görə, insanlar təhqir və söyüş gördükdə susmamalıdır. Bu zaman söyməklə deyil, maarifləndirmə yolu ilə cavab vermək lazımdır.

Fazil Mustafa – Millət vəkili: "Cəmiyyətin fəalığına ehtiyac var. Böhtan, təhqir piredmeti olduğu zaman şikayət etmək mexanizimi asanlaşdırlmalı və dərhal şikayət edilməlidir ki, bunun qarşısı alınsın. Ən azından tərbiyədən uzaq insanlar qanun və cəza qorxusu ilə mütləq tərbiyələnəcəklər".

Yazılan təhqirlərə görə texniki əməliyatların da rolu var. Etikadan kənar, şər-böhtan yazanları şikayət etməklə də bloklamaq mümkündür. Qara siyahıda qalma müddəti bir həftədə üç aya qədərdir. Müntəzəm şikayət olunarsa sistem həmin adı birdəfəlik blok edir.

Bu proses ropotlar vasitəsi ilə həyata keçirilir. Ancaq yazılan xəbərə çoxlu şərh yazılarsa toplu formada şikayət olunmalıdır.

Cahid İsmayıloğlu – ekspert: "Bir mövzunun bloklanmasını və ya silinməsini istəyirsənsə burda artıq kütlə rol oynayır. Bir məlumatın silinməsi üçün kütlə çoxluq təşkil etməlidir. Sosial şəbəkədə bir ədalət prinsipi də mövcuddur. Yəni bunu bəyənənlərin fikri də nəzərə alınır. Eyni zamanda bəyənməyənlərin də fikri..."

Sosial şəbəkədə kiminsə pozulmuş hüquqları o zaman bərpa olunur ki, maddi və mənəvi zərərlə bağlı iddia qaldıraraq məhkəməyə şikayət edir.

Eyni zamanda həmin məlumatlar onu narahat edirsə, başqalarının da oxumasını istəmirsə məhkəmə qarşısında tələb kimi həmin məlumatların təkzib olunması tələbini qoyur. Bütün bu hallar qanunvericiliyin əsasında müəyyən edilir. Virtual aləmdə yazdığınız təhqir və söyüşlərin məsuliyyətininə görə cibinizdəki pula heyifslənmirsinizsə, heç olmasa azadlığınızın qədirini bilin.

Əks halda yazdığınız hər bir təhqir dəmir barmaqlıqlarla nəticələnə bilər.

Ana Səhifə
Digər Xəbərlər...

Xəbər lenti

27 may
01:08 “İradə ilə balaca körpəmiz var, ona görə ayrıla bilmərik” - DJ Roşka - VİDEO00:25 Qadın evinə çağırdığı ustayla zorla cinsi əlaqədə oldu - Əlimi sinəsinə qoyub ... - VİDEO00:06 Bürclər Haqqında 27 - 05 - 2018
26 may
22:19 Heydər Əliyev məzun oldu - Video22:16 "Zaurun verilişində anamı gördüm, 7 manat pul verdi ki, çıx get..." - Küçədə qalan uşaq - VİDEO21:42 Rəqsanə efirdə əkizlərinin UZİ görüntülərini göstərdi - VİDEO21:35 Müəllimlərə şad xəbər: maaşları artırılacaq19:16 60-78 yaşlı qadınlar modellərə döndülər - unikal FOTOlar16:09 Bakıda "Tələbəyəm, yemək almağa pulum yoxdur" deyən gəncə bunu dedilər - VİDEO16:06 Kişi avtobusda öpüşən qızla oğlanın biabırçı hərəkətinə belə reaksiya verdi - VİDEO15:34 Safura qızı Aişənin fotosunu paylaşdı15:31 Azərbaycanda dəhşət - Ər arvadını "kislota"yla yandırdı - VİDEO15:23 Məleykə Əsədova qızının atası ilə bağlı sualı belə cavablandırdı - VİDEO15:06 Əməkdar artistimizin hicaba keçən qızı ikinci dəfə ərə gedir - VİDEO14:53 Almeyda yığmadan da kənarlaşdırıldı13:34 Nigeriyalı futbolçuların rus qızlarla görüşməsinə qadağa qoyuldu13:09 Fermerlərə şad xəbər: Rusiya türk pomidorlarından razı qalmadı12:40 Bitkoin dövrə vurur12:26 Qadınları şantaj edən Aslan ələ keçdi - FOTO11:31 Final öncəsi şanslar - TƏHLİL11:07 Deputat: İlk jurnalist-publisistəm ki, “Xalq yazıçısı” fəxri adını almışam10:17 AXC-nin 100 illiyi San Dieqoda qeyd olunacaq09:16 “Real”, yoxsa “Liverpul”? 08:58 Putin Dünya Çempionatındakı əsas favoritini açıqladı
Загрузка...