1 ABŞ dolları = 1.7000 AZN1 Avro = 1.9960 AZN1 Rusiya rublu = 0.0258 AZN1 t.u. Qızıl = 2037.8410 AZN1 t.u. Gümüş = 24.2225 AZN
Gözləyin...
Ermənilər onları Bakıya gətirib gəzdirməyimizin "layiqli" cavabını verdi- VİDEO

Ermənilər onları Bakıya gətirib gəzdirməyimizin "layiqli" cavabını verdi- VİDEO

13 mart 2018, 14:32
Oxunub: 442
Xankəndində erməni qadın: "Bəli, mən işğalçıyam... Mən əraziləri işğal etmişəm və bunu niyə etdiyimə görə məsuliyyət daşıyıram..."

Laçında qoca erməni: "Türklərin hamısını məhv edib bircəyini spirt şüşəsində saxlamaq lazımdır..." 

Xəbər verildiyi kimi, bir neçə gün öncə Bakını 30 il əvvəl ermənilərin özlərinin başlatdığı münaqişə nəticəsində tərk etmiş növbəti erməni qadın Azərbaycan paytaxtında gətirilib gəzdirildi. Bu olay cəmiyyətin əksər hissəsinin etirazına səbəb oldu. Ermənilərin yurd-yuvasını işğal etdiyi, ata-analarını, bacı-qardaşlarını, doğmalarını, qohumlarını qətlə yetirdiyi soydaşlarımız Şuşaya, Xankəndinə, İrəvana və s. bircə nəfər azərbaycanlının ayaq basa bilmədiyi halda ermənilərin sərbəst şəkildə Bakını dolanmasına şəraitin yaradılmasını özlərinə həqarət kimi qəbul edirlər...

Ermənilər də Azərbaycanın növbəti humanist addımının "layiqli cavabını" bir daha veriblər. Sosial şəbəkələrdə işğal altındakı Azərbaycan torpaqlaraında yaşayan ermənilərin azərbaycanlılara, türklərə qarşı faşistsayağı çıxışlarını əks etdirən video-görüntüləri yayılıb.

Xeberde.Com moderator.az-a istinadən xəbər verir ki, həmin görüntüləri milli təhlükəsilzik məsələləri üzrə ekspert İlham İsmayıl paylaşıb.

Xankəndində çıxış etdiyi göstərilən erməni qadın deyir:"Bu, bizim daxili problemimizdi, bunu özümüz həll etməliyik. Qapıları açıb, azərbaycanlıların bura dəvət olunması məsələsinə gəlincə, mən istəmirəm ki, bir daha mənim torpağımda türk yaşasın. Mən istəyirəm ki, övladım möhkəm ruhlu böyüsün. Hətta bütün dünya bizi işğalçı adlandırsa da.. Mən qəbul edirəm, mən işğalçıyam... Mən əraziləri işğal etmişəm və bunu niyə etdiyimə görə məsuliyyət daşıyıram..."

Guya Laçında çıxış edən qoca bir erməni dığası isə deyir:" Bu Laçın ərazisinə gəlincə, bu, bizim babalarımızın torpağıdır. Biz bu torpağı işğal etməmişik, biz oranı azad etmişik. İndi isə burada ermənilər öz babalarının torpaqlarında yaşayırlar. Qarabağdan, İrəvandan, Naxçıvandan, Artaşatdan, Sumqayıtdan... Ermənilər gəlib və özlərinə evlər tikib... Görmüşdünüz, buralar xarabalıq idi. Ermənilər qurucu xalqdır. Tikdilər... Əvvəl pis yaşayırdıq. İndi yaxşı yaşayırıq. İki-üç ildən sonra daha yaxşı yaşayacağıq... Mağaza var, yol var, maşın parkı var... Dövlət vaxtlı-vaxtında maaşımızı verir. Alırıq, yeyirik. Burda nə var ki?.. Qoy türklər özləri üçün yaşasın, onlar bizdən nə istəyir? Biz onlarla yaşaya bilmərik. Bu, xalq deyil, bu, qəbilədir. Bu, qəbilə olub, qəbilə... Bütün bu tayfanı kəsib doğramaq, məhv etmək lazımdır. Və yalnız birini spirli şüşədə saxlamaq gərəkdir. Sən də bir dayan görüm (Arxadan birinə dönərək deyir)... Bircəyini spirtdə saxlamaq və gələcək nəsillərə göstərmək lazımdır ki, belə bir köçəri tayfa olub... Biz erməniləri nəyin qoruduğuna gəldikdə... Bu, bizim dilimizdir, mədəniyyətimizdir, bizim inancımızdır. Bizi saxlayan budur. Xristian inancına malik olan şəxs İslamla yaşaya bilməz..."

P.S. ... Deməyə sözümüz qalmayıb artıq... Nə deyək, şeir yazaq yenə...

Yoxsa boş-boş bəyanat verək... Söz Ali Baş komandanın, ordunundur, silahındır... "Sülh platforması", danışıq, görüş-filan hamısı başqatmadır, vaxt öldürmədir... Bu, birmənalıdır...

Ana Səhifə
Digər Xəbərlər...

Xəbər lenti

25 sentyabr
13:02 Ukraynada azərbaycanlılardan ibarət silahlı dəstə ələ keçdi12:59 Həkim əməliyyatdan sonra xəstəni zorladı12:56 Demet Akalının Bakı konserti ləğv olundu12:52 Tolik və Niyam efirdə yerə uzandı, tənqid olundu - VİDEO12:46 Azərbaycanlı taksi sürücüsü yatmış sərnişini zorladı00:28 Məşhurlar xərçəng olan "Toppuş bacı"ya dəstək oldu: Aygün 200 manat, Şəbnəm 1000 manat - SİYAHI00:27 Ülviyyə od püskürdü: "Rəqsanə qələt edir" - QALMAQAL00:22 Şəbnəm Tovuzlunun dəbdəbəli evindən FOTOLAR
24 sentyabr
21:10 Aygün və Namiq illər sonra bir arada - VİDEO21:06 Azərbaycan ordusu ən yaxşı tankçılarını seçir - FOTO/VİDEO14:07 "Prado" radara düşdü, protokol "Jiquli"yə göndərildi - FOTO14:05 "Dedim ki, öldür, canım qurtarsın" – Sevgilisiylə birləşib ərini baltalayan 4 uşaq anası - VİDEO13:45 Snayperimiz ermənini əsgərini vurdu və kameraya çəkdi - VİDEO13:43 Leysan, dolu və külək geri qayıdır - XƏBƏRDARLIQ13:40 Abşeronda hoteldə gənc qız öldürüldü13:32 Fədayə Laçın məhkəmədə oxudu13:28 Xəzərdə nəhəng burulğan - VİDEO
23 sentyabr
23:48 Afaq Gəncəli məşhurlarla hovuzda - VİDEO23:43 Bakı bulvarında DƏHŞƏT: İnsanların gözü qarşısında – ÖLƏN VAR23:36 Gürcüstanda silahlı insident: dörd azərbaycanlı yaralandı23:32 Saatlıda kürəkən qayınanasını öldürdü, həyat yoldaşını yaraladı - VİDEO14:37 Metronu su basdı – VİDEO14:34 Bakının iki prospektində sürət həddi 20 km/saat endirildi14:31 Hakerlər erməni istifadəçilərin poçt ünvanlarını “sındırdılar”
Загрузка...