1 ABŞ dolları = 1.7000 AZN1 Avro = 1.9906 AZN1 Rusiya rublu = 0.0276 AZN1 t.u. Qızıl = 2214.2925 AZN1 t.u. Gümüş = 28.2447 AZN
Kriminal Hadisələr...
Həbsdə olan Fədayə Laçından XƏBƏR VAR

Həbsdə olan Fədayə Laçından XƏBƏR VAR

14 may 2018, 21:58
Oxunub: 1142
Məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının həbs müddəti uzadılacaq.

Bu barədə Cebhe.info-ya Fədayə Laçının vəkili Türkel Süleymanlı məlumat verib.

 

Onun sözlərinə görə, "Qoca" ləqəbli kriminal avtoritet Etibar Məmmədovun həbsxanadan qaçmağına kömək etməkdə təqsirləndirilərək həbs edilən Günay Atakişiyeva və onları aparan taksi sürücüsü Məhəmməd Hacıyevin həbs müddəti artırılıb: "Prinsipcə hamısının həbd müddətini bir-iki gün fərqlə eyni vaxtda uzadırlar. Artıq istintaq yekunlaşmalıdır. Uzatmağın heç bir əsası yoxdur. Adətən proses belə olur. Həbs müddəti artırılır və iş məhkəməyə göndərilir. Çünki bütün istintaq hərəkətləri yekunlaşıb". Fədayə Laçının səhhətinə gəlincə, vəkil əlavə edib ki, hazırda ona qarşı normal, qənaətbəxş münasibət var: "Lazımi tibbi müalicə göstərilir. Məhkəmə keçirilən zaman saxlanıldığı təcridxanadan müalicə müəssisəsinə köçürülməsi üçün müraciət oluna bilər".

Qeyd edək ki, bu il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar. Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.

E. Məmmədov isə keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb. Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlardan biri tanınmış müğənni Fədayə Laçındır. Fədayə Laçınla yanaşı, Məhəmməd Hacıyev və Günay Atakişiyeva barəsində həbs qətimkan tədbiri seçilib. Bundan başqa, hadisə ilə əlaqədar Pentensiar Xidmətin bir neçə əməkdaşı da həbs olunub. Nəsimi Rayon Məhkəməsi onun ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatəti təmin etməyib.

//sonxeber.az

Ana Səhifə
Digər Xəbərlər...

Xəbər lenti

27 may
01:08 “İradə ilə balaca körpəmiz var, ona görə ayrıla bilmərik” - DJ Roşka - VİDEO00:25 Qadın evinə çağırdığı ustayla zorla cinsi əlaqədə oldu - Əlimi sinəsinə qoyub ... - VİDEO00:06 Bürclər Haqqında 27 - 05 - 2018
26 may
22:19 Heydər Əliyev məzun oldu - Video22:16 "Zaurun verilişində anamı gördüm, 7 manat pul verdi ki, çıx get..." - Küçədə qalan uşaq - VİDEO21:42 Rəqsanə efirdə əkizlərinin UZİ görüntülərini göstərdi - VİDEO21:35 Müəllimlərə şad xəbər: maaşları artırılacaq19:16 60-78 yaşlı qadınlar modellərə döndülər - unikal FOTOlar16:09 Bakıda "Tələbəyəm, yemək almağa pulum yoxdur" deyən gəncə bunu dedilər - VİDEO16:06 Kişi avtobusda öpüşən qızla oğlanın biabırçı hərəkətinə belə reaksiya verdi - VİDEO15:34 Safura qızı Aişənin fotosunu paylaşdı15:31 Azərbaycanda dəhşət - Ər arvadını "kislota"yla yandırdı - VİDEO15:23 Məleykə Əsədova qızının atası ilə bağlı sualı belə cavablandırdı - VİDEO15:06 Əməkdar artistimizin hicaba keçən qızı ikinci dəfə ərə gedir - VİDEO14:53 Almeyda yığmadan da kənarlaşdırıldı13:34 Nigeriyalı futbolçuların rus qızlarla görüşməsinə qadağa qoyuldu13:09 Fermerlərə şad xəbər: Rusiya türk pomidorlarından razı qalmadı12:40 Bitkoin dövrə vurur12:26 Qadınları şantaj edən Aslan ələ keçdi - FOTO11:31 Final öncəsi şanslar - TƏHLİL11:07 Deputat: İlk jurnalist-publisistəm ki, “Xalq yazıçısı” fəxri adını almışam10:17 AXC-nin 100 illiyi San Dieqoda qeyd olunacaq09:16 “Real”, yoxsa “Liverpul”? 08:58 Putin Dünya Çempionatındakı əsas favoritini açıqladı
Загрузка...