1 ABŞ dolları = 1.7000 AZN1 Avro = 1.9570 AZN1 Rusiya rublu = 0.0259 AZN1 t.u. Qızıl = 2087.5150 AZN1 t.u. Gümüş = 24.9359 AZN
Gözləyin...
Hərbi zavodda yanğınla bağlı cinayət işi açıldı

Hərbi zavodda yanğınla bağlı cinayət işi açıldı

28 sentyabr 2018, 13:44
Oxunub: 106
Şirvan şəhərində yerləşən “Araz” zavodunda baş vermiş yanğınla bağlı cinayət işi başlanıb.

Baş Prokurorluqdan verilən məlumata görə, sentyabrın 28-də Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunda yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə Müdafiə Sənayesi Nazirliyinin, şəhər polis şöbəsinin və şəhər prokurorluğunun əməkdaşları, həmçinin Nazirliyin maşın, mexanizm və canlı qüvvəsi cəlb olunub. 

Zəruri və təxirəsalınmaz birgə tədbirlərin görülməsinə başlanılaraq yanğının genişlənməsinin qarşısı alınıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, zavodun istehsalat sahəsinə aid konteyner tipli sexində detalların sıxılması üçün nəzərdə tutulmuş dəzgahın quraşdırılması zamanı yanğın baş verib, nəticədə zavodun işçiləri Xəlilov Vaqif Valeh oğlu və İsmayılov Sabit Əlisurət oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 223.1-ci (Partlayış təhlükəli obyektlərdə və ya partlayış təhlükəli sexlərdə təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, hadisənin baş vermə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. 

oxu.az

Ana Səhifə
Digər Xəbərlər...

Xəbər lenti

11 oktyabr
10:52 Millimiz dünya çempionatından məğlubiyyətlə ayrıldı10:50 Paşinyan istefasının tarixini bəyan etdi10:47 Ronaldu Mayorqa ilə intim yaxınlığın detallarını açıqladı10:44 Azərbaycanın ilk “plus-size” modeli - FOTO10:39 Putin Həbib Nurməhəmmədovla görüşdü10:37 Makqreqora məğlub olmuş idmançı Nurməhəmmədovu döymək istəyir10:35 Qaçan dustaqların işi: 800 dollar Etibarın idi10:22 Tanınmış Azərbaycanlını döyməsinə görə ələ saldılar - FOTO
30 sentyabr
22:33 18 yaşlı azərbaycanlı planetin ən yaraşıqlı oğlanı seçildi - FOTO22:31 Oktyabrın ilk gününə gözlənilən hava proqnozu açıqlandı22:24 Avropanın ən cazibəli turist məkanı müəyyənləşdi22:21 Lindsi Lohan canlı yayımda şillələndi - VİDEO
29 sentyabr
22:17 Azərbaycanda həkim xəstəni “ipoteka” sözünə görə döydü22:14 Ərdoğan: Terrorçuluğun İslamla heç bir əlaqəsi yoxdur22:12 Serbiya ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi22:07 Prezident xarici ölkələrdə keçirəcəyi tədbirlər haqqında sərəncam imzadı
28 sentyabr
14:00 Nazir: Ermənistanın təcavüzü bölgəmizin inkişafına əsas təhlükədir13:58 İranda öz əsgərlərini İsrail hərbçiləri ilə səhv saldılar13:55 Qəzzada gərginlik: 6 ölü, 506 yaralı13:51 ABŞ-ın F-35 qırıcısı qəzaya uğradı - VİDEO13:49 Türkiyədə tarixdə görünməyən qasırğa gözlənilir13:46 İranda spirtli içkidən kütləvi zəhərlənmə: ölənlər var13:44 Hərbi zavodda yanğınla bağlı cinayət işi açıldı13:39 Evli qadın sevgilisi ilə birgə taksi çağırdı, əri gəldi
Загрузка...