1 ABŞ dolları = 1.7000 AZN1 Avro = 1.9635 AZN1 Rusiya rublu = 0.0257 AZN1 t.u. Qızıl = 2077.6295 AZN1 t.u. Gümüş = 24.8843 AZN
Gözləyin...
İntihar edən şagirdin vida məktubu: "Ana, bunu etsən, HAQQIMI HALAL ETMİRƏM..." - FOTOLAR

İntihar edən şagirdin vida məktubu: "Ana, bunu etsən, HAQQIMI HALAL ETMİRƏM..." - FOTOLAR

14 may 2018, 18:00
Oxunub: 1549
Dünən qəbul imtahanından sonra intihar edən 2001-ci il təvəllüdlü Pənah Quliyev evin tək uşağı olub.

Xeberde.Com xəbər verir ki, "Qafqazinfo"nun əməkdaşları 17 yaşlı şagirdin yaşadığı və özünü atdığı binaya yollanıblar. Məlum olub ki, atası Mərkəz kişi aprelin 17-də qəza nəticəsində vəfat edib. İmtahan öncəsi bu hadisə də Pənaha mənfi təsir edib. P. Quliyevin ailəsi Qubadlı rayonundan məcburi köçkün düşüb. Özü də Sumqayıtda yerləşən Qubadlı Saray məktəbində təhsil alıb. 37 yaşlı anası isə həmin məktəbdə ibtidai sinif müəllimi işləyib. 

Bu il yanvarın 20-də 17 yaşı tamam olan Pənah marketinq sahəsində menecer işləmək arzusunda olub. Bunu "Qafqazinfo"ya müsahibəsində Pənahın dayısı Nurlan Bayramov deyib.

O, bildirib ki, bacısı oğlunu imtahana özü aparıb:

"İmtahandan əvvəl də onunla danışmışdıq, mən özüm də birinci dəfə imtahandan kəsildiyimi, sonra kollecə daxil olduğumu və ailə qurandan sonra tam ali təhsil aldığımı ona demişdim. Pənah imtahandan çıxanda özü dedi ki, "yaxşı yazmışam, inşallah qəbul olaram". Sonra birlikdə evə gəldik, müəllimləri testi yoxladı, təxminən 200-210 bal toplamışdı. Amma onun istədiyi fakültəyə bal 400-dən yuxarı olmalıdı. Biz də dedik eybi yox, gələn dəfə girərsən. Özü də gülüb dedi "əşşi girməmişəm, girməmişəm də". Amma ola bilər həm atasına görə, həm öz istədiyi fakültəyə düşmədiyi üçün stress keçirib". 

 

N. Bayramov bildirib ki, hadisə gecə saat 12-nin yarısında baş verib: "Evdə anası yatmış olub, özü də intihar etmədən əvvəl anasına məktub yazıb. Orada "Evlərin hamısını anama verirəm, əgər qalsa. Özünə yeni həyat qur, mənə görə də özünə heç nə etmə. Eləsən haqqımı halal eləmirəm", - yazıb. Pənah çox özünə qapalı uşaq idi, evdə heç nə danışmazdı. Məktəbdə kiminləsə mübahisə edəndə biz 2-3 ay sonra başqa yerdən eşidirdik". 

Dayısı deyib ki, P. Quliyev intihar edəndən sonra bir neçə saat sağ qalıb: "Əvvəlcə Sumqayıt xəstəxanasında ilkin tibbi yardım göstərildi. Ora aparanda təcili yardım maşınında Pənah ayıq idi, soruşdum ki, niyə belə etdin. Cavab vermədi, heç nə demədi. O xəstəxanada bizə dedilər ki, vəziyyəti ağırdır, Bakıya aparın. "Semaşko"ya apardıq, xəstəxananın həyətində həkimlər dedi təzyiqi sıfıra düşdü, heç xəstəxanaya çata bilmədik. Maşında vəfat etdi". 

N. Bayramov əlavə edib ki, P. Quliyevə qarşı hər hansı ailə təzyiqi və ya danlama olmayıb. 
İntihar edən şagirdin vida məktubu: "Ana, bunu etsən, HAQQIMI HALAL ETMİRƏM..." - FOTOLAR
İntihar edən şagirdin vida məktubu: "Ana, bunu etsən, HAQQIMI HALAL ETMİRƏM..." - FOTOLAR
İntihar edən şagirdin vida məktubu: "Ana, bunu etsən, HAQQIMI HALAL ETMİRƏM..." - FOTOLAR
İntihar edən şagirdin vida məktubu: "Ana, bunu etsən, HAQQIMI HALAL ETMİRƏM..." - FOTOLAR
İntihar edən şagirdin vida məktubu: "Ana, bunu etsən, HAQQIMI HALAL ETMİRƏM..." - FOTOLAR
İntihar edən şagirdin vida məktubu: "Ana, bunu etsən, HAQQIMI HALAL ETMİRƏM..." - FOTOLAR
İntihar edən şagirdin vida məktubu: "Ana, bunu etsən, HAQQIMI HALAL ETMİRƏM..." - FOTOLAR

 
Ana Səhifə
Digər Xəbərlər...

Xəbər lenti

11 oktyabr
10:52 Millimiz dünya çempionatından məğlubiyyətlə ayrıldı10:50 Paşinyan istefasının tarixini bəyan etdi10:47 Ronaldu Mayorqa ilə intim yaxınlığın detallarını açıqladı10:44 Azərbaycanın ilk “plus-size” modeli - FOTO10:39 Putin Həbib Nurməhəmmədovla görüşdü10:37 Makqreqora məğlub olmuş idmançı Nurməhəmmədovu döymək istəyir10:35 Qaçan dustaqların işi: 800 dollar Etibarın idi10:22 Tanınmış Azərbaycanlını döyməsinə görə ələ saldılar - FOTO
30 sentyabr
22:33 18 yaşlı azərbaycanlı planetin ən yaraşıqlı oğlanı seçildi - FOTO22:31 Oktyabrın ilk gününə gözlənilən hava proqnozu açıqlandı22:24 Avropanın ən cazibəli turist məkanı müəyyənləşdi22:21 Lindsi Lohan canlı yayımda şillələndi - VİDEO
29 sentyabr
22:17 Azərbaycanda həkim xəstəni “ipoteka” sözünə görə döydü22:14 Ərdoğan: Terrorçuluğun İslamla heç bir əlaqəsi yoxdur22:12 Serbiya ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi22:07 Prezident xarici ölkələrdə keçirəcəyi tədbirlər haqqında sərəncam imzadı
28 sentyabr
14:00 Nazir: Ermənistanın təcavüzü bölgəmizin inkişafına əsas təhlükədir13:58 İranda öz əsgərlərini İsrail hərbçiləri ilə səhv saldılar13:55 Qəzzada gərginlik: 6 ölü, 506 yaralı13:51 ABŞ-ın F-35 qırıcısı qəzaya uğradı - VİDEO13:49 Türkiyədə tarixdə görünməyən qasırğa gözlənilir13:46 İranda spirtli içkidən kütləvi zəhərlənmə: ölənlər var13:44 Hərbi zavodda yanğınla bağlı cinayət işi açıldı13:39 Evli qadın sevgilisi ilə birgə taksi çağırdı, əri gəldi
Загрузка...