1 ABŞ dolları = 1.7000 AZN1 Avro = 1.9635 AZN1 Rusiya rublu = 0.0257 AZN1 t.u. Qızıl = 2077.6295 AZN1 t.u. Gümüş = 24.8843 AZN
Yeni siyasət xəbərləri...
Keçmiş komitə sədrinə yüksək vəzifə verildi

Keçmiş komitə sədrinə yüksək vəzifə verildi

16 may 2018, 12:35
Oxunub: 235
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin keçmiş sədri Ramiz Həsənov xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilib.
Xeberde.Com oxu.az-a istinadən xəbər verir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 20 aprel 2018-ci ildə Azərbaycan prezidentinin fərmanı ilə ləğv edilib.
Qeyd edək ki, bu günə qədər Azərbaycan Xarici İşlər Nazirliyi başçısının beş müavin var idi: Araz Əzimov, Xələf Xələfov, Mahmud Məmmədquliyev, Hafiz Paşayev və Nadir Hüseynov.
R. Həsənov 1961-ci ildə Marneuli şəhərinin Alqet (Məscidli Görarxı) kəndində anadan olub.
1978-1983-cü illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb. 1983-1990-cı illərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışıb.
1990-1992-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Xarici İqtisadi Əlaqələr Komissiyasında fəaliyyət göstərib.
1993-1997-ci illərdə Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyində məsul vəzifədə çalışıb. 1997-2004-cü illərdə Ramiz Həsənov Azərbaycan Respublikası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti sədrinin I müavini olub.
2004-2005-ci illərdə Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
14 dekabr 2005-ci ildə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru vəzifəsinə təyin olunub və bu yaxınlarda komitənin ləğvi ilə əlaqədar, vəzifəsindən kənarlaşdırılıb.
O, həm də Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Ayvaz oğlu Həsənovun qardaşıdır.
Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxovla yeznə-qayındır.
Ana Səhifə
Digər Xəbərlər...

Xəbər lenti

11 oktyabr
10:52 Millimiz dünya çempionatından məğlubiyyətlə ayrıldı10:50 Paşinyan istefasının tarixini bəyan etdi10:47 Ronaldu Mayorqa ilə intim yaxınlığın detallarını açıqladı10:44 Azərbaycanın ilk “plus-size” modeli - FOTO10:39 Putin Həbib Nurməhəmmədovla görüşdü10:37 Makqreqora məğlub olmuş idmançı Nurməhəmmədovu döymək istəyir10:35 Qaçan dustaqların işi: 800 dollar Etibarın idi10:22 Tanınmış Azərbaycanlını döyməsinə görə ələ saldılar - FOTO
30 sentyabr
22:33 18 yaşlı azərbaycanlı planetin ən yaraşıqlı oğlanı seçildi - FOTO22:31 Oktyabrın ilk gününə gözlənilən hava proqnozu açıqlandı22:24 Avropanın ən cazibəli turist məkanı müəyyənləşdi22:21 Lindsi Lohan canlı yayımda şillələndi - VİDEO
29 sentyabr
22:17 Azərbaycanda həkim xəstəni “ipoteka” sözünə görə döydü22:14 Ərdoğan: Terrorçuluğun İslamla heç bir əlaqəsi yoxdur22:12 Serbiya ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi22:07 Prezident xarici ölkələrdə keçirəcəyi tədbirlər haqqında sərəncam imzadı
28 sentyabr
14:00 Nazir: Ermənistanın təcavüzü bölgəmizin inkişafına əsas təhlükədir13:58 İranda öz əsgərlərini İsrail hərbçiləri ilə səhv saldılar13:55 Qəzzada gərginlik: 6 ölü, 506 yaralı13:51 ABŞ-ın F-35 qırıcısı qəzaya uğradı - VİDEO13:49 Türkiyədə tarixdə görünməyən qasırğa gözlənilir13:46 İranda spirtli içkidən kütləvi zəhərlənmə: ölənlər var13:44 Hərbi zavodda yanğınla bağlı cinayət işi açıldı13:39 Evli qadın sevgilisi ilə birgə taksi çağırdı, əri gəldi
Загрузка...