1 ABŞ dolları = 1.7000 AZN1 Avro = 1.9671 AZN1 Rusiya rublu = 0.0267 AZN1 t.u. Qızıl = 2166.1315 AZN1 t.u. Gümüş = 27.7593 AZN
Kriminal Hadisələr...
Lənkəranskinin qardaşını həbsdən Quli azad etdirib - TƏFƏRRÜAT

Lənkəranskinin qardaşını həbsdən Quli azad etdirib - TƏFƏRRÜAT

09 mart 2018, 20:22
Oxunub: 536
Ötən ilin noyabrında İstanbulda Quli Bakinski kimi tanınan “qanuni oğru” Nadir Səlifova sui-qəsdə günahlandırılaraq həbs edilən dəstə haqda yeni sensasion xəbər yayılıb.

Xeberde.Com musavat.com-a istinadən xəbər verir ki, dəstə üzvləri Qulinin “onların mənə sui-qəsdə əli ola bilməsi polisin uydurmasıdır” dedikdən sonra azadlığa buraxılıb.

Yada salaq ki, 22 illik həbsxana həyatından sonra Qaradağ rayon məhkəməsinin qərarı ilə azadlığa buraxılmış Nadir Səlifova qarşı sui-qəsd cəhdi noyabrın 2-dəı yayılıb. İddia olunurdu ki, həmin vaxt killerlər qrupu İstanbulda N. Səlifova qarşı hücum planlaşdırmağa cəhd ediblər. Keçirilən operativ əməliyyat nəticəsində qrup üzvləri İstanbulun Bakırköy rayonunda yerləşən "Ömür AVM" ticarət mərkəzində saxlanılıblar.
Sui-qəsdə cəhdə görə həbs edilənlər sırasında Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev, eləcə də Hacı Beyləqanski ləqəbli kriminal avtoritet Hacıbaba Talıbxanlı da olub.

Yanvar ayında isə gözlənilmədən Namiq Canıyev və digərləri İstanbul məhkəməsinin qərarı ilə azadlığa buraxılıblar.

Rusiya KİV-i yazır ki, Nadir Səlifov özünü bu işdə zərərçəkmiş hesab etmədikdən sonra həbs edilənlər azadlığa buraxılıblar. İddia olunur ki, Qulinin adamları sui-qəsdin maliyyəsini təşkil edən Lənkəranskinin yaxın qohumu (yeznəsi) Zaur Əhmədovla haqq-hesab çəkmək istəyir.

 


Məlumdur ki, Moskvada yerləşən “Fud Siti” adlanan böyük bazar Lənkəranskinin qohumlarının nəzarətindədir. Daha dəqiq desək, hazırda bazarı Zaur Əhmədov və əslən Şəmkirdən olan Məhərrəm adlı şəxs idarə edir. Rusiya KİV-i iddia edir ki, “Fud Siti”dəki ofislərində məskunlaşan Zaur Qulidən ehtiyat etdiyi üçün xeyli müddətdir ki, çoxsaylı mühafizəçilərlə gəzir.

Rusiya mətbuatı iddia edir ki, Quli azərbaycanlı kriminal avtoritet Əli Heydərovla bağlı mövqeyində də dəyişiklik etməyib. Belə ki, Quli Ə.Heydərovu “qanuni oğru” kimi tanımır. Məlum olduğu kimi, Əli Heydərov (kriminal aləmdə Albert Rıjiy və Albert Gəncəli kimi tanınır) 7 il müddətinə azadlıqdan məhrum edilib.

2014-cü ildə isə “Albert Rıjıy”a sui-qəsdlə bağlı Sankt-Peterburqda keçirilən məhkəmədə əsas sifarişçi kimi Qulinin adını hallanırdı.
Albert Rıjıy “sxodka” keçirdi və bu qətlinin sifarişçisi kimi Qulinin adının hallandırılması geniş müzakirəyə səbəb oldu. “Sxodka”da iştirak edən Aleksey Qudına (Lexa İrkutski) iddia edib ki, sui-qəsd məsələsini Albert Rıjıy özü polisdəki adamlarının dəstəyi ilə quraşdırıb.
Məhkəmədə hakim sui-qəsd cəhdinin kimlər tərəfindənsə təşkil olunduğuna və hazırlandığına dair ittihamın əsassız olduğu qənaətinə gəlib.

Muzdlu qatillər hesab edilənlər isə bəraət alıb. Quli isə bu məsələnin üstündən keçmir və Rusiya mətbuatı iddia edir ki, “qanuni oğru” mövqeyini Albert Rıjıy ilə üzbəüz söhbət edənədək dəyişməyəcəyini bildirib.

Albert Rıjıy kimi tanınan Əli Müseyib oğlu Heydərov 1981-ci il fevral ayının 2-də Gəncədə anadan olub. Ə.Heydərov “qanuni oğru” adını 2012-ci ildə Sankt-Peterburqda menqrel kriminal avtoritetlər Merab Mzarelua və Kardava qardaşları tərəfindən alıb. 

Ana Səhifə
Digər Xəbərlər...

Xəbər lenti

20 iyun
18:24 Üzeyir Mehdizadə evlənir: Toyun tarixi də BƏLLİDİR18:19 “Mən muğam ifaçısı deyiləm ki, topuqdan geyinəm” - Afaq Aslan - VİDEO18:13 Nazilə Səfərlinin qardaşı arvadı video yaydı: "İntihar edəcəm, o səs yazısında..."17:46 Canlı yayımda Mətanətlə Zaur arasında GƏRGİN ANLAR - Sənə kim dedi gəldin? - VİDEO16:54 Oğlunun gözü qarşısında təcavüzə uğrayan qadın həmin anı VİDEOya çəkdi - FOTO16:47 Zaurun verilişində biabırçılıq (VİDEO)15:20 Vüsalə “Danışan kağızlar” layihəsində - Fotosessiya15:11 "Ordumuz Laçın yolunu nəzarətə götürüb" - Nazir AÇIQLADI15:09 Tunarın toyunda VUR ÇATLASIN, ÇAL OYNASIN - VİDEO15:07 Xatirə əri ilə toyda - FOTOLAR14:21 Ekstrasens Bayramın "İnstagram"ı ermənilər tərəfindən oğurlandı: "Lənət olunmuşlar"- VİDEO14:17 Könül Xasıyeva əməliyyat olunacaq – VİDEO14:12 Almaniya qəzeti Rusiya millisindən üzr istədi14:09 "Lotu Quli"nin türmədəki ad günü - VİDEO14:06 Ata azyaşlı qızını zorlayıb hamilə qoydu, uşağı həyətdə basdırdı - Azərbaycanda daha bir dəhşət14:02 Azərbaycanda məmur oğlu 13 yaşlı qızı şantaj edərək dəfələrlə zorladı - VİDEO00:04 Bürclər Haqqında 20 - 06 - 2018
19 iyun
23:21 Bu gun toyu olan müğənni Tunarın xanımı ilə bu videosu izlənmə rekordu qırır16:57 "Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu16:24 Azərbaycanlı müğənnini görmək üçün Fransadan Azərbaycana gəldi – VİDEO16:20 Azərbaycanlı müğənninin qısa şortiki - FOTO14:24 Roza Zərgərlidən "Maşın" şou haqqında açıqlama - VİDEO14:13 Azərbaycanlı aparıcı qısa şortda FOTOLARINI PAYLAŞDI: "Gəlin döyün məni"14:09 "Damla hamını aldadır, rol oynayır" - Afaq Aslandan İTTİHAM - VİDEO
Загрузка...