1 ABŞ dolları = 1.7000 AZN1 Avro = 1.9817 AZN1 Rusiya rublu = 0.0273 AZN1 t.u. Qızıl = 2116.6020 AZN1 t.u. Gümüş = 27.0898 AZN
Yeni siyasət xəbərləri...
Mehriban Əliyeva səfirlərin həyat yoldaşları ilə görüşüb - FOTO

Mehriban Əliyeva səfirlərin həyat yoldaşları ilə görüşüb - FOTO

20 mart 2018, 21:25
Oxunub: 219
Novruz bayramı günündə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakıda diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşüb.

Xeberde.Com oxu.az-a istinadən xəbər verir ki,  ölkəmizdə akkreditə olunan diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşməkdən şad olduğunu bildirən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva qonaqları Novruz bayramı, həmçinin bu yaxınlarda qeyd olunan Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. 

M.Əliyeva Novruz-un Azərbaycanda ən qədim və sevimli bayramlardan biri olduğunu deyib: 

“Novruz yazın rəmzidir və mən sizin hər birinizə və ailələrinizə cansağlığı, böyük xoşbəxtlik və sevgi arzulamaq istərdim. Mən, həmçinin sizin burada - Azərbaycanda təmsil etdiyiniz ölkələrə hörmətimi ifadə etmək, xalqlarınıza sülh və əmin-amanlıq arzu etmək istərdim. Mən “HOMS Qrupu Səfir Xanımları Cəmiyyəti”nin fəaliyyətini yüksək qiymətləndirirəm. Sizin şəxsi səviyyədə fəaliyyətiniz ölkələrimiz arasında əlaqələrin inkişafına böyük töhfə verir.

Əziz dostlar, Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, millətlərin və dinlərin nümayəndələrinin sülh və harmoniya içərisində yaşadığı məkan olub. Bu gün müasir Azərbaycanda biz fəxr edirik ki, ölkəmiz dünyanın mədəniyyətlərarası dialoq və multikulturalizm mərkəzlərindən biri kimi yaxşı tanınır.

Bu il bizim üçün çox əlamətdar bir ildir. Yüz il bundan əvvəl Azərbaycan xalqı müsəlman dünyasında ilk parlamentli demokratik respublikanın əsasını qoydu. Əfsuslar olsun ki, o, cəmi 23 ay yaşadı. Lakin Azərbaycan Xalq Cümhuriyyəti bir sıra böyük əhəmiyyət kəsb edən qərarlar, o cümlədən qadınlara səs vermək hüququnun verilməsi ilə bağlı qərar qəbul etdi. Bu gün müasir Azərbaycanda biz dövlətçilik, demokratiya və hüquqların bərabərliyi ənənələrini qoruyub saxlayırıq.

Müasir Azərbaycanda qadınlarımız həyatımızın müxtəlif sahələrində çox fəaldırlar. Onlar siyasi, iqtisadi və sosial sahələrdə fəaldırlar. Müstəqilliyimizin bərpasından sonra üzləşdiyimiz çətinliklərə baxmayaraq, Azərbaycan öz sürətli inkişafını təmin edə bildi. Biz siyasi, iqtisadi və sosial sahələrdə bir çox mühüm addımlar atmışıq.

Bu gün Azərbaycan təkcə region üçün deyil, həm də Avropa üçün əhəmiyyət kəsb edən infrastruktur, enerji və nəqliyyat sahələrində bir çox genişmiqyaslı layihələr həyata keçirir. Azərbaycan Şərq və Qərb sivilizasiyalarının kəsişməsində yerləşir və Azərbaycan həm Avropa Şurası, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvü olan az sayda ölkələrdən biridir.

Əziz dostlar, bu gün əfsuslar ki, bütün dünyada çox sayda münaqişə, müharibə, yüz minlərlə günahsız insanın öldürülməsinin şahidi olduğumuz bir dövrdə sülh və əmin-amanlığı təmin etməyin yolunun dialoq və qarşılıqlı hörmət olduğunu nümayiş etdirmək çox vacibdir. Buna görə, Azərbaycan qarşılıqlı anlaşma və dialoq üçün beynəlxalq platformanın yaradılmasına bu qədər sadiqdir.

Mən bir daha sizin hamınıza humanitar sahədə fəal mövqeyinizə, xeyriyyəçilik sahəsində fəaliyyətinizə görə minnətdarlığımı ifadə etmək istərdim. Mən tam əminəm ki, mehribanlıq və səxavətlilik dünyamızı daha da yaxşılaşdıra bilər. Mən inanıram ki, humanizm, mərhəmət və sevgi bizim həyatımızı daha da xoşbəxt edir.

Mən bir daha sizə dərin təşəkkür edirəm. Sizin hamınızı salamlamağa çox şadam. Mən Novruz bayramı münasibətilə bir daha təbriklərimi çatdırıram. Bir daha sizin hər birinizə və ailələrinizə xoşbəxtlik arzulamaq istərdim və ümid edirəm ki, görüşümüzdən, Azərbaycan mətbəxi və gözəl Azərbaycan musiqisindən zövq alacaqsınız. Xoş gəlmisiniz. Novruz bayramınız mübarək!”

Görüşdə Fələstin Dövləti səfirinin xanımı Rohayu Binti Kutep Bakıdakı diplomatik missiya rəhbərlərinin həyat yoldaşlarının adından çıxış edərək, Novruz bayramı münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etmək imkanının onlar üçün böyük şərəf olduğunu bildirib. 

Mehriban Əliyevanın diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşmək təşəbbüsünü yüksək dəyərləndirən Rohayu Binti Kutep Novruz bayramının insanları sülhə və həmrəyliyə səslədiyini vurğulayıb. Qeyd edib ki, bu bayram dostluğu təcəssüm etdirərək, yardıma ehtiyacı olanlara dəstək verməyi təlqin edir.

Azərbaycan haqqında fikirlərini bölüşən Fələstin Dövləti səfirinin xanımı ölkəmizin gənc müasir dövlət olduğunu deyib. Bildirib ki, Azərbaycan həm gələcəyə istiqamətlənən ölkədir, həm də minillərlə yaşı olan tarixini, zəngin irsini və mədəniyyətini qoruyub saxlayır. 

Rohayu Binti Kutep Azərbaycanda hökm sürən tolerantlığı yüksək dəyərləndirib, burada müxtəlif dinlərin və millətlərin nümayəndələrinin sülh şəraitində yaşadığını vurğulayıb. Fələstin Dövləti səfirinin xanımı dost Azərbaycan xalqına sülh, əmin-amanlıq və inkişaf arzulayaraq, Novruz bayramı münasibətilə bir daha təbriklərini çatdırıb.

Sonda Birinci vitse-prezident Mehriban Əliyeva əməkdaşlıq, o cümlədən humanitar sahədə əlaqələrə bir daha toxunaraq deyib:

“Əminəm ki, daha güclü əməkdaşlıq qurmaq üçün bizim xüsusilə humanitar sahədə böyük potensialımız var. Çünki mən sizin xeyriyyəçilik fəaliyyətinizdən məlumatlıyam. Mən hər zaman onu dəstəkləyirəm. Qeyd etdiyim kimi, həqiqətən də inanıram, bu, elə bir sahə, elə bir fəaliyyətdir ki, çox şeyi dəyişə, çox problemlərin həllinə kömək edə bilər. Mən hər zaman sizin humanitar sahədə, xeyriyyəçilik sahəsində fəaliyyətinizi dəstəkləməyə hazıram. Mən hər zaman sizi görməyə, sizinlə görüşməyə çox şadam. Novruz bayramı münasibətilə təbriklərimi, ən xoş arzularımı çatdırıram. Böyük xoşbəxtlik və sevgi arzulayıram. Sağ olun”.

Görüşün sonunda xatirə şəkli çəkdirilib.

Diplomatik missiya rəhbərlərinin həyat yoldaşlarına Novruz sovqatları təqdim olunub.

 

Ana Səhifə
Digər Xəbərlər...

Xəbər lenti

15 iyul
15:46 Müğənni Roza Zərgərli fotokamera qarşısına keçib.15:35 SON DƏQİQƏ: Azərbaycanda məşhur ticarət MƏRKƏZİ YANIR - VİDEO15:17 Bu da Şəbnəmin yeni imici: Saçlarını uzatdı, döyməsi ilə diqqət çəkdi - FOTOLAR15:13 Bakıda məmur balaları tuneli bağlayıb şampan içdilər - VİDEO15:11 Ebru Adnan Oktarın onun başına açdığı oyunlardan danışdı14:50 Ərəblər Bakıda bunu da etdi: Pul qarşılığında azərbaycanlı oğlanları ... - Video00:12 Bürclər Haqqında 15 - 07 - 2018
14 iyul
15:21 "Gəlir gəlsin, gəlmir cəhənnəmə gəlsin " : Elnarə gələcək gəlinindən danışdı - VİDEO15:18 Günün ən İYRƏNC XƏBƏRİ: dostunun arvadını zorladı - FOTO13:39 İzzət şalvarına lağ edən Müşfiqi təhqir etdi - VİDEO13:25 90-60-90 bədən ölçülü olan dünyanın ən seksual kök modelləri - FOTOLAR13:18 Bakıda dəhşətli qəza - Ata və qızı öldü, sürücü hadisə yerindən qaçdı13:14 İlham Əliyev pakistanlı həmkarına başsağlığı verib - VİDEO13:13 Tarkan ata oldu - FOTO13:06 Azərbaycanda bu universitetlərdə təhsil haqları artırıldı — SİYAHI12:57 Aşıq Zülfiyyənin həyat yoldaşı ilk dəfə efirə çıxdı - FOTOLAR12:51 "Salonundakılar qaynağımı məhv etdi" - Qalmaqal böyüyür12:46 Mustafanın arvadı biseksual çıxdı - Məşhur həmcinsi ilə sevgilidir - VİDEO12:41 Bakı metrosunda növbəti geyim qalmaqalı - Müdaxilə edən şəxs döyüldü - VİDEO12:30 Ağır xəstəlikdən əziyyət çəkən aparıcının həyat yoldaşı ona belə dəstək oldu - VIDEO00:06 Bürclər Haqqında 14 - 07 - 2018
13 iyul
22:55 2018-ci ildə satışa çıxacaq ən yaxşı 10 SMARTFON13:15 Prezident hüquq–mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirib13:09 Rəqqasə Fatimə həyat yoldaşına bağ evində xəyanət edib? - Efirdə ŞOK SÖZLƏR - VİDEO
Загрузка...