1 ABŞ dolları = 1.7000 AZN1 Avro = 1.9906 AZN1 Rusiya rublu = 0.0276 AZN1 t.u. Qızıl = 2214.2925 AZN1 t.u. Gümüş = 28.2447 AZN
Yeni siyasət xəbərləri...
Millət vəkili: Ərəb dövlətləri Fələstində baş verənləri görmürlər

Millət vəkili: Ərəb dövlətləri Fələstində baş verənləri görmürlər

16 may 2018, 11:52
Oxunub: 120
Qüdsdə yaşananlar insanlıq dramıdır, vəhşətdir, zorakılıqdır.
Bunu Xeberde.Com-a açıqlamasında millət vəkili, professor Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın ölkəsinin səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi ilə bağlı qərar verməsi, bütün etirazlara, təpkilərə, BMT üzvü olan yüzlərlə dövlətin buna qarşı çıxmasına rəğmən, bu istəyini inadkarcasına reallaşdırması, hətta, bununla əlaqədar təşkil edilən mərasimə qızı ilə kürəkənini göndərməsi, nəticədə 14 may faciəsinin yaşanması tarixə “qanlı bazar ertəsi günü” kimi düşəcək, lənətlənəcək:
“Qüdsdə yaşananları sakit izləmək mümkün deyil.
Dünyanın, bəşəriyyətin gözləri qarşısında insanlıq dramı, qətliam yaşanır.
Artıq 60-dan artıq günahsız insan - fələstinli qətlə yetirilib ki, bunların arasında səkkiz aylıq Leyla adlı körpə də var...
2700-dən artıq insan yaralanıb, xəstəxanlarda yer yoxdur. Amma çox təəssüflər olsun ki, dünya birliyi, bəşəriyyət onun gözləri qarşısında baş verən bu vəhşətə göz yumur, səssiz qalır...
Necə ki, Xocalıda, Ağdabanda, Meşəlidə, Qaradağlıda baş verənlərə, ermənilərin xalqımıza qarşı soyqırımı cinayətlərinə göz yummuş, səssiz qalmışdılar...
Dünya elə həmin dünyadır, dəyişən heç nə yoxdur. Ədalət, insanlıq kəlmələri lüğətlərdə qalacaq bu gedişlə”.
Millət vəkili bu yerdə ərəb dövlətlərini də tənqid edib:
“Neçə gündür Fələstində, Qüdsdə qanlı olaylar yaşanır, amma Ərəb dünyasında, Orta Şərqdə söz, nüfuz sahibi olan dövlətlər - Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digərləri heç bir reaksiya vermir, baş verənləri görməzdən gəlirlər...
Bunu necə başa düşəsən, necə qəbul edəsən? Orada qanı tökülən, qanı axıdılan sənin öz millətin, öz qardaşın, öz dindaşın deyilmi?
Şəxsi, cılız və dar maraqlar bu qədərmi gözlərinizi tutub? Bəs nə zaman səsiniz çıxacaq, nə zaman hərəkətə keçəcəksiniz?
İraqda baş verənlərə susdunuz və susursunuz, Suriya bir dövlət kimi gözlər önündə artıq xəritədən silinmək ərəfəsindədir, amma susdunuz və susursunuz. Hələ də digər müsəlman coğrafiyalarında yaşananları demirəm.
Bəs haçan ərtafınızda, gözünüz önündə yaşanlara “dur” deyəcəksiniz, əsl qardaşlıq, müsəlmanlıq, insanlıq həmrəyliyi nümayiş etdirəcəksiniz? Belə görünür ki, bu gedişlə heç vaxt.
Amma həm Ərəb dünyasının, həm də cəmi bəşəriyyətin baş verənlərə artıq etiraz etməsi, qanlı hadisələri önləməsi lazımdır.
Yoxsa, hamı üçün gec və nəticələri çox ağır olacaq”.
Ana Səhifə
Digər Xəbərlər...

Xəbər lenti

27 may
01:08 “İradə ilə balaca körpəmiz var, ona görə ayrıla bilmərik” - DJ Roşka - VİDEO00:25 Qadın evinə çağırdığı ustayla zorla cinsi əlaqədə oldu - Əlimi sinəsinə qoyub ... - VİDEO00:06 Bürclər Haqqında 27 - 05 - 2018
26 may
22:19 Heydər Əliyev məzun oldu - Video22:16 "Zaurun verilişində anamı gördüm, 7 manat pul verdi ki, çıx get..." - Küçədə qalan uşaq - VİDEO21:42 Rəqsanə efirdə əkizlərinin UZİ görüntülərini göstərdi - VİDEO21:35 Müəllimlərə şad xəbər: maaşları artırılacaq19:16 60-78 yaşlı qadınlar modellərə döndülər - unikal FOTOlar16:09 Bakıda "Tələbəyəm, yemək almağa pulum yoxdur" deyən gəncə bunu dedilər - VİDEO16:06 Kişi avtobusda öpüşən qızla oğlanın biabırçı hərəkətinə belə reaksiya verdi - VİDEO15:34 Safura qızı Aişənin fotosunu paylaşdı15:31 Azərbaycanda dəhşət - Ər arvadını "kislota"yla yandırdı - VİDEO15:23 Məleykə Əsədova qızının atası ilə bağlı sualı belə cavablandırdı - VİDEO15:06 Əməkdar artistimizin hicaba keçən qızı ikinci dəfə ərə gedir - VİDEO14:53 Almeyda yığmadan da kənarlaşdırıldı13:34 Nigeriyalı futbolçuların rus qızlarla görüşməsinə qadağa qoyuldu13:09 Fermerlərə şad xəbər: Rusiya türk pomidorlarından razı qalmadı12:40 Bitkoin dövrə vurur12:26 Qadınları şantaj edən Aslan ələ keçdi - FOTO11:31 Final öncəsi şanslar - TƏHLİL11:07 Deputat: İlk jurnalist-publisistəm ki, “Xalq yazıçısı” fəxri adını almışam10:17 AXC-nin 100 illiyi San Dieqoda qeyd olunacaq09:16 “Real”, yoxsa “Liverpul”? 08:58 Putin Dünya Çempionatındakı əsas favoritini açıqladı
Загрузка...