1 ABŞ dolları = 1.7000 AZN1 Avro = 1.9960 AZN1 Rusiya rublu = 0.0258 AZN1 t.u. Qızıl = 2037.8410 AZN1 t.u. Gümüş = 24.2225 AZN
Yeni siyasət xəbərləri...
Millət vəkili: Həmsədrlərə olan etimad limiti tükənmək üzrədir

Millət vəkili: Həmsədrlərə olan etimad limiti tükənmək üzrədir

14 mart 2018, 10:37
Oxunub: 232
İşğalçı Ermənistana təzyiqlər olmadığı üçün münaqişənin həlli uzanır, Minsk qrupunun həmsədrləri sözdən, vədlərdən kokret addımlara keçməli, ədalətli mövqe tutmalıdırlar.
Bunu Xeberde.Com-a açıqlamasında Azərbaycanın NATO və “Avronest” parlament assambleyalarındakı nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı deyib.
Millət vəkili Qarabağ məsələsinin  bütün beynəlxalq qurumlarda, o cümlədən, təmsil olunduğu təşkilatlarda daim gündəmə gətirildiyini, onlardan konkret mövqe tələb olunduğunu xatırladıb.
“Qeyd edim ki, prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü xarici siyasət kursunun mühüm strateji istiqamətlərindən birini Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında - ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edir.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə qlobal səviyyədə genişmiqyaslı iş aparır, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir.
Müəyyən müddətdir ki, davam edən danışıqlar prosesində ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik sahədə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub.
Digər sahələrdə olduğu kimi, ölkənin ərazi bütövlüyü məsələsində də respublika rəhbərliyinin qətiyyətli və birmənalı mövqe sərgiləməsi bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb.
Bununla belə, hesab edirik ki, münaqişənin ədalətli həlli üçün beynəlxalq birlik, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri ədalətli mövqe tutmalıdırlar.
Minsk qrupu, həmsədrlər artıq sözdən, bəyanatlardan, quru vədlərdən əmələ, konkret addımlara keçməlidirlər. Onlara olan etimad limiti tükənmək üzrədir.
Onlar konkret addımlara keçmədikcə, işğalçı Ermənistana təzyiqlər etmədikcə, münaqişənin həlli uzanır.
Azərbaycan xalqı inanır ki, prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olunacaq”.
Ana Səhifə
Digər Xəbərlər...

Xəbər lenti

25 sentyabr
13:02 Ukraynada azərbaycanlılardan ibarət silahlı dəstə ələ keçdi12:59 Həkim əməliyyatdan sonra xəstəni zorladı12:56 Demet Akalının Bakı konserti ləğv olundu12:52 Tolik və Niyam efirdə yerə uzandı, tənqid olundu - VİDEO12:46 Azərbaycanlı taksi sürücüsü yatmış sərnişini zorladı00:28 Məşhurlar xərçəng olan "Toppuş bacı"ya dəstək oldu: Aygün 200 manat, Şəbnəm 1000 manat - SİYAHI00:27 Ülviyyə od püskürdü: "Rəqsanə qələt edir" - QALMAQAL00:22 Şəbnəm Tovuzlunun dəbdəbəli evindən FOTOLAR
24 sentyabr
21:10 Aygün və Namiq illər sonra bir arada - VİDEO21:06 Azərbaycan ordusu ən yaxşı tankçılarını seçir - FOTO/VİDEO14:07 "Prado" radara düşdü, protokol "Jiquli"yə göndərildi - FOTO14:05 "Dedim ki, öldür, canım qurtarsın" – Sevgilisiylə birləşib ərini baltalayan 4 uşaq anası - VİDEO13:45 Snayperimiz ermənini əsgərini vurdu və kameraya çəkdi - VİDEO13:43 Leysan, dolu və külək geri qayıdır - XƏBƏRDARLIQ13:40 Abşeronda hoteldə gənc qız öldürüldü13:32 Fədayə Laçın məhkəmədə oxudu13:28 Xəzərdə nəhəng burulğan - VİDEO
23 sentyabr
23:48 Afaq Gəncəli məşhurlarla hovuzda - VİDEO23:43 Bakı bulvarında DƏHŞƏT: İnsanların gözü qarşısında – ÖLƏN VAR23:36 Gürcüstanda silahlı insident: dörd azərbaycanlı yaralandı23:32 Saatlıda kürəkən qayınanasını öldürdü, həyat yoldaşını yaraladı - VİDEO14:37 Metronu su basdı – VİDEO14:34 Bakının iki prospektində sürət həddi 20 km/saat endirildi14:31 Hakerlər erməni istifadəçilərin poçt ünvanlarını “sındırdılar”
Загрузка...