1 ABŞ dolları = 1.7000 AZN1 Avro = 1.9635 AZN1 Rusiya rublu = 0.0257 AZN1 t.u. Qızıl = 2077.6295 AZN1 t.u. Gümüş = 24.8843 AZN
Yeni siyasət xəbərləri...
Politoloq: Moskva Ermənistanda öz nüfuzunu itirib

Politoloq: Moskva Ermənistanda öz nüfuzunu itirib

24 aprel 2018, 19:17
Oxunub: 287
Ermənistandakı mitinqlər nəzarətdən çıxdı və onunla nəticələndi ki, Serj Sarkisyan iki seçim qarşısında qaldı: ya nümayişçiləri güllələmək, ya da istefa vermək. Xalqı uzun müddət itaətdə saxlaya biləyəcəyini yaxşı anlayan “qrossmeyster” Sarkisyan bir çox problemləri geridə qoyub istefa verdi.
Ermənistanın daxili problemləri Azərbaycanı maraqlandırmır,  biz yalnız hadisələrin inkişafının Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edəcəyindən narahatıq. İndi rəsmi Bakı Ermənistanda yeni hökumətin qurulmasını gözləməli olacaq, sonra hər şey yenidən başlayacaq. 
Cənubi Qafqaz regionunda  ümumi vəziyyətin və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hansı şəkildə inkişaf edəcəyi ilə bağlı Xeberde.Com-a rusiyalı politoloq, tarixçi Oleq Kuznetsov danışıb.
– Serj Sarkisyanın istefasını necə qiymətləndirirsiniz?
– Ermənistan tarixində yeni epoxa başlayıb; ancaq sözün düzü, hələ ki, bu epoxa aydın deyil.  Birmənalı olaraq, əminliklə bir məsələni qeyd etmək olar: Dağlıq Qarabağın  qanunsuz silahlı və separatçı birləşmələrinin keçmiş səhra komandirlərindən ibarət hərbi xunta, yəni “Qarabağ klanı”nın hakimiyyəti süquta uğradı, bu, bir faktdır.
Erməni xalqı 1999-cu ilin noyabr ayında parlamentdə törədilən terror aktı nəticəsinə hakimiyyəti ələ keçirmiş hərbi cinayətkarlar və beynəlxalq terrorçuların əsarətindən qurtula bildi. Onların yerinə nəyin və ya kimlərin gələcəyini demək hələ çox erkəndir. Hadisələrin inkişafını böyük maraqla izləyəcəyəm.
– Rusiya Ermənistanda hakimiyyət dəyişikliyinə necə reaksiya verəcək?
– Tam əminəm ki, Rusiya Ermənistanın daxili siyasi proseslərinə qarışmayacaq. Başlıca olaraq, iki səbəbə görə: birincisi, Moskva artıq çoxdan bu ölkədə öz nüfuzunu itirib və ölkənin Britaniyadakı keçmiş səfirinin prezident seçilməsi bunun bariz nümunəsidir.
İkincisi, hər şey hüquqi müstəvidə baş verəndə, vəziyyət nə qədər əlverişsiz olursa-olsun, Kreml buna heç vaxt müdaxilə etmir.
Serj Sarkisyanın istefası tam legitimdir, o, özü zorakılığa məruz qalmayıb, ona görə də Moskvanın “Kreml” ssenarisi ilə hər hansı addım atmasına heç bir əsas yoxdur.  Bundan savayı, Ermənistanda Moskvanın bel bağlaya biləcəyi hər hansı qüvvə qalmayıb, demək olar ki, rusdilli əhalinin hamısı Ermənistandan köçüb.
Ölkədə yalnız gənclər və kəndlilər qalıb, Rusiya ilə onları birləşdirən heç bir şey yoxdur. Ona görə Rusiya mövcud situasiyaya və inqilaba yalnız diplomatik bəyanatlar və demarşlarla reaksiya verə bilər.
– Rusiya Ermənistanda hakimiyyət dəyişikliyinə necə reaksiya göstərəcək? Qarabağ münaqişəsinin həlli prosesində nələri gözləmək olar?
– Əminəm ki, çevrəsi hələlik qeyri-müəyyən olan Ermənistan hakimiyyətinin yeni konfiqurasiyası bir nömrəli məsələ olaraq gündəmə Qarabağ problemini çıxaracaq. Hazırda ölkədə hakimiyyət uğrunda müxtəlif siyasi qüvvələr və onların arxasında duran xarici sponsorlar arasında çəkişmələrin başladığını o dəqiqə sezmək olur. 
Ermənistanda hakimiyyət turbulentliyi hələ bir neçə həftə davam edəcək və bu müddət ərzində Qarabağ haqqında bir kəlmə belə eşitməyəcəyik, əlbəttə ki, Azərbaycan qoşunları işğal altında olan ərazilərin azad edilməsi və “Arsax” adlı terrorçu kvasi-dövlətin məhv edilməsi üçün hərbi əməliyyatlara başlamasa.
Fikrimcə, hazırda Ermənistandakı daxili çəkişmələr ölkənin xarici siyasətinə heç cür təsir göstərmir. Yeni hakimiyyət Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycana daha loyal olacaq, nəinki keçmiş hökumət. Serj Sarkisyanın istefasından cəmi bir neçə saat keçib və bu,  hər hansı analitik nəticə çıxarmaq üçün az müddətdir.
– Cənubi Qafqazda hadisələr hansı şəkildə inkişaf edəcək?
– Serj Sarkisyanın istefasından sonra regionda situasiya əhəmiyyətli dərəcədə dəyişməyəcək,  belə ki, Ermənistan “regionun həyatında” ən axırıncı yeri tuturdu. Bu ölkənin daxilində nə baş verirsə-versin, heç bir vəchlə regional düzənə təsir göstərməyəcək, belə ki, onların rəsmi və ya yarımrəsmi bəyanatlarını və addımlarını hər zaman qulaqardına vurmaq olar. 
Bir şeyə mən tam əminəm: Dağlıq Qarabağ cəbhəsində bir neçə gün çox sakit keçəcək, Ermənistan tərəfi artıq böhran deyil, kollaps həddinə çatmış cari daxili siyasi şəraitdə Azərbaycan qoşunlarını cavab tədbirlərinə təhrik etmək istəməyəcək, çünki cavab tədbirləri irimiqyaslı hücum əməliyyatına çevrilə bilər.
Ana Səhifə
Digər Xəbərlər...

Xəbər lenti

11 oktyabr
10:52 Millimiz dünya çempionatından məğlubiyyətlə ayrıldı10:50 Paşinyan istefasının tarixini bəyan etdi10:47 Ronaldu Mayorqa ilə intim yaxınlığın detallarını açıqladı10:44 Azərbaycanın ilk “plus-size” modeli - FOTO10:39 Putin Həbib Nurməhəmmədovla görüşdü10:37 Makqreqora məğlub olmuş idmançı Nurməhəmmədovu döymək istəyir10:35 Qaçan dustaqların işi: 800 dollar Etibarın idi10:22 Tanınmış Azərbaycanlını döyməsinə görə ələ saldılar - FOTO
30 sentyabr
22:33 18 yaşlı azərbaycanlı planetin ən yaraşıqlı oğlanı seçildi - FOTO22:31 Oktyabrın ilk gününə gözlənilən hava proqnozu açıqlandı22:24 Avropanın ən cazibəli turist məkanı müəyyənləşdi22:21 Lindsi Lohan canlı yayımda şillələndi - VİDEO
29 sentyabr
22:17 Azərbaycanda həkim xəstəni “ipoteka” sözünə görə döydü22:14 Ərdoğan: Terrorçuluğun İslamla heç bir əlaqəsi yoxdur22:12 Serbiya ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi22:07 Prezident xarici ölkələrdə keçirəcəyi tədbirlər haqqında sərəncam imzadı
28 sentyabr
14:00 Nazir: Ermənistanın təcavüzü bölgəmizin inkişafına əsas təhlükədir13:58 İranda öz əsgərlərini İsrail hərbçiləri ilə səhv saldılar13:55 Qəzzada gərginlik: 6 ölü, 506 yaralı13:51 ABŞ-ın F-35 qırıcısı qəzaya uğradı - VİDEO13:49 Türkiyədə tarixdə görünməyən qasırğa gözlənilir13:46 İranda spirtli içkidən kütləvi zəhərlənmə: ölənlər var13:44 Hərbi zavodda yanğınla bağlı cinayət işi açıldı13:39 Evli qadın sevgilisi ilə birgə taksi çağırdı, əri gəldi
Загрузка...