1 ABŞ dolları = 1.7000 AZN1 Avro = 2.0024 AZN1 Rusiya rublu = 0.0256 AZN1 t.u. Qızıl = 2056.0140 AZN1 t.u. Gümüş = 24.4540 AZN
Gözləyin...
Qəbul imtahanlarında hansı dəyişiklik oldu? - "1 qrupa deyil..."

Qəbul imtahanlarında hansı dəyişiklik oldu? - "1 qrupa deyil..."

15 fevral 2018, 20:34
Oxunub: 279
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları"nda dəyişiklik edib.

Xeberde.com xəbər verir ki, təhsil eksperti Kamran Əsədov qafqazinfo-ya açıqlamasında dəyişikliklərdəki bəzi məqamlara aydınlıq bildirib.

O qeyd edib ki, təqdim edilən dəyişiklik keçən ildən qüvvədədir və həyata keçirilir: "Lakin Nazirlər Kabineti bu dəyişikliyin rəsmi şəkildə adlandırma məsələsini həll edib. Əsasən yenilik üç qrupa bölünür.

Birincisi, konkret olaraq qəbul imtahanları yaz və yay imtahan sessiyası adlandırılıb.

İkincisi, abituriyentlərə təkcə bir ixtisas qrupu üzrə deyil, başqa qrup üzrə də imatahanda iştirak etmək hüququ verilir. Məsələn, abituriyent yaz imtahanında II qrup üzrə imtahan vermişdisə, yay sessiyasında isə III və ya başqa ixtisas qrupu üzrə imtahan verə bilər. Ancaq əvvəllər abituriyent yalnız bir qrup üzrə imtahanlarda iştirak edə bilərdi. Yəni, əgər yaz sessiyasında IV qrupun imtahanında iştirak etmişdisə yay sessiyasında da həmin qrupun imtahanında iştirak etməli idi.

Üçüncüsü isə V ixtisas qrupunu seçən abituriyentlər imtahan verəndən sonra qabiliyyət tələb edən ixtisaslar seçə biləcəklər. Öncələr isə ixtisas seçib sonra imtahan verilirdi".

Kamran Əsədovun sözlərinə görə bu addım abituriyentlər üçün faydalı olacaq:

"Ali məktəblərə qəbul imatahanlarında iştirak edənlərin sayı son yeddi il ərzində azalaraq 110 mindən 80 minə düşüb Buna baxmayaraq, qəbul plan yeri 2010-2017-ci illər ərzində 26 mindən 37 minə qədər artmışdır. Bunun nəticəsi idi ki, bəzən ali məktəblərə qəbul imtahanlarından sonra plan yerləri boş qalırdı. Keçid balını toplayan abituriyentlərin sayı az idi. Təsdiq edilmiş yenilik odur ki, kimsə I qrupdan riyaziyyatı yaxşı bilir, ingilis və Azərbaycan dillərini orta bilirsə, həmin abituriyent II ixtisas qrupu üzrə imtahan verib keçid balını toplaya bilər.Yəni kimsə öz ixtisas qrupunda bu və ya digər fənləri yaxşı bilib, amma keçid balını toplaya bilmirsə həmin fənlər digər qruplarda o qədər də çətin olmadığına görə, abituriyent həmin qruplarda yaxşı bildiyi ixtisaslardan yüksək bal toplamaqla keçid balına çata bilər. Beləliklə, bu ali məktəblərə qəbul imtahanlarında keçid balının artmasına, plan yerlərinin boş qalmasının sayını azalmasına gətirib çıxardacaq. Bundan başqa abituriyentlərə əlavə ixtisas seçməkləri üçün şans veriləcəkdir. Ancaq bu kütləvi olmayacaq.

Nəzərə alsaq ki, abituriyentlər bir ixtisas qrupu üzrə uzun müddət çalışır. Sözügedən abituriyentlər birdən-birə ixtisas qruplarını dəyişməyəcəklər. İxtisas qrupu dəyişimi daha çox III qrupdan II qrupa, I qrupdan II qrupa və yaxud da ki, I qrupdan IV qrupa olacağı gözlənilir. Yəni müəyyən fənlər var ki, onlar bütün ixtisas qrupları üçün keçərlidir".

Qeyd edək ki, ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 13-də, I və IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək.

Ana Səhifə
Digər Xəbərlər...

Xəbər lenti

22 sentyabr
14:30 "Səni alacam" dediyi qızla cinsi əlaqədə oldu - ŞOK OLAY - VİDEO14:26 "Qanuni oğru" həbsxanada intihar etdi - FOTO14:13 İlham Əliyev Nquyen Fu Çonqa başsağlığı verdi14:12 Dövlət Turizm Agentliyinin Əsasnaməsi və strukturu təsdiq edilib14:10 XİN-dən KTMT baş katibinin açıqlamasına reaksiya12:19 "Belə cəsarətlisən, gəl görüşək, üzümə de" - Xalq artistinin qızı12:15 17 yaşlı qız futbolçu ilə yatdı, polisə "zorlayıblar" dedi - FOTO12:08 Aygün Kazımova'dan Yeni Fotosessiya12:06 Uşağa qalmamaq üçün qəribə DƏB: faciəvi şəkildə öldülər - FOTO11:57 Müğənni bu klipinə görə hədələnir - "Başını kəsəcəyik" - VİDEO11:54 Bakıda NATO təlimləri - FOTO11:52 Səudiyyə Ərəbistanı televiziyasında inqilab11:50 Kabab bu xəstəliklərə yoluxma riskini artırır11:47 Rihannanı Barbadosun səfiri seçdilər - FOTO11:40 “Kral lazım deyil” Quli özü kraldır?11:32 Hande Yener sevgilisini görüb, məkandan qaçdı – FOTO/VİDEO11:20 Məşhur aktrisa canlı yayımda tamaşaçını sillələdi - VİDEO
21 sentyabr
14:41 "Hansı kişi məni belə geyindirib, yedizdirə bilər?" - Elza14:39 Dostunu 2 manat 50 qəpiyə görə öldürmək istədi14:34 "Kabab yerinə qadın satdıq" - Əxlaqsızlıqla məşğul olanların polisə ifadəsi dəhşətə gətirdi14:29 Çobanların it üstündə düşən qanlı savaşı - MƏHKƏMƏDƏ14:27 Leysan, dolu, şimşək - HAVA DƏYİŞİR14:24 Nastya Kamenskix yeni erotik klipdə - VİDEO00:17 “Sportinq” - “Qarabağ” matçında hesab açıldı
Загрузка...