İpə-sapa yatmayan qız sevgilisini və onun məşuqəsini aldadıb maşından çıxarmaq, həm də qisas almaq istəyib. Hadisənin və ailə dramının dayanacaqdakı şahidləri bu intiqamı kameraya çəkiblər. Kadrlardan da görünür ki, qız öz oğlanını və onun məşuqəsini maşından çıxarmağa necə cəhd edir. Qız çay daşını götürüb bahalı avtomobilin pəncərəsini sındırmağa başlayır, amma onun cəhdləri boşa çıxır, belə ki, şüşələr zirehli olduğundan gözünü qan örtmüş qız istəyinə nail ola bilmir. Videodan eşidilir ki, qorxmuş məşuqə necə qışqırır.
Qəribədir ki, qız avtomobilin o biri tərəfinə keçir və pəncərəni döyəcləməyə başlayır, amma onlar sınmırlar. Hansısa məqamda gənc insanlar, necə olursa maşının salonunu tərk edir. Avtomobil sahibi bir tərəfə, onun məşuqəsi isə o biri tərəfə qaçır.
Pəncərəni sındırmaq gücü qalmayan qız qərara alır ki, maşını yandırsın. Xoşbəxtlikdən yaxınlıqdakı adamlar yanğınsöndürən çağırırlar.
moderator.az