1 ABŞ dolları = 1.7000 AZN1 Avro = 1.9906 AZN1 Rusiya rublu = 0.0276 AZN1 t.u. Qızıl = 2214.2925 AZN1 t.u. Gümüş = 28.2447 AZN
Şou Biznes...
​"4-5 ildir münasibətimiz var, amma rəsmiləşdirməmişdik" - Vasif Əzimov - VİDEO

​"4-5 ildir münasibətimiz var, amma rəsmiləşdirməmişdik" - Vasif Əzimov - VİDEO

16 may 2018, 19:20
Oxunub: 518
ARB Ulduz-un "Şou məkan" verilişinin qonağı olan meyxanaçı Vasif Əzimov maraqlı açıqlamalar verib.

Vasif Əzimov duetin daha tez həzm olunduğunu düşünüb xanım həmkarı ilə işbirliyini gün üzünə çıxarıb:

 

"Əslində, münasibətimiz təxminən 4-5 ildir ki, var. Məclislərdə, el şənliklərində çox ifalarımız olub. Ancaq hələ rəsmiləşdirməmişdik. Yavaş-yavaş başlamışıq efirlərə çıxmağa. Yeni mahnılar, yeni duetlər var. Zeynəb Həsənliylə olan işbirliyimiz, inşallah, xeyirli, uğurlu olar. O, həm dostluqda möhkəmdir, həm də sənəti qaydasındadır. Mənə bu şərtlərin olması kifayətdir".

Şöhrət arxasınca qaçıb əvvəli, sonu bilinməyən iddia ilə çıxış edən bəzi həmkarlarından fərqli olaraq, Vasif heç vaxt bu fikirdə olmadığını söylədi:

"Mən 2001- ci ildən meyxana deyirəm. Artıq 17 ildir. Ancaq heç vaxt fikirləşməmişəm ki, nə vaxtsa tanınaram, pul qazanaram. Şöhrət qazamaqda iddialı olmamışam. 2003-cü ildə məktəbdə oxuyurdum, o zaman kasetim çıxmışdı. O vaxtı disk yox idi. Onu da elə qohum-əqrəba aldı qurtardı".

Sənətçi, son zamanlar, musiqili-meyxana tərzinin baş alıb getdiyini görsə də, bunu qəbul etmir:

"Musiqi ayrıdır, meyxana ayrıdı. Meyxana bədahətən deyilən sözdür. Əgər onu yazıb oxuyursansa, onda o, meyxana deyil, musiqidir. Yaxşı, ya pis musiqidir, bu, başqa mövzudur. Amma meyxana deyil. Musiqili meyxana anlamını, ümumiyyətlə, yığışdırmaq lazımdır. Mən buradan həmkarlarıma da çatdırıram ki, meyxana və musiqi ayrı-ayrı şeylərdir".

O, musiqini atıb birdəfəlik meyxananın ətəyindən yapışmaq fikrinin olmadığını bildirdi:

"Hələ ki elə bir fikrim yoxdur. Yenə deyirəm, mən meyxanadan uzaqlaşmamışam. Meyxana lazımdırsa, meyxana da deyirəm. Heç yerdə də deməmişəm ki, meyxanadan uzaqlaşmışam, daha demirəm. Mənim sənətimin biri də meyxanadır. Meyxana elə bir şeydır ki, istəsən də, tərgidə bilmərəm".

Vasif Əzimov evləndikdən sonra fanatlarının sayında dəyişiklik olub-olmaması barədə də söz açdı:

"Mənə elə gəlir ki, fanatlarım mənim sənətimi istəyirlər. Sənətim də yerindədir. Şəxsi həyatı gündəmə gətirməyi xoşlamıram. Elə şeylərdən qaçıram. Bizi bir-birimizə bağlayan ancaq sənətdir, başqa heç nə. Gərək, insanı güvəni qazana bilsin".

milli.az

Ana Səhifə
Digər Xəbərlər...

Xəbər lenti

27 may
01:08 “İradə ilə balaca körpəmiz var, ona görə ayrıla bilmərik” - DJ Roşka - VİDEO00:25 Qadın evinə çağırdığı ustayla zorla cinsi əlaqədə oldu - Əlimi sinəsinə qoyub ... - VİDEO00:06 Bürclər Haqqında 27 - 05 - 2018
26 may
22:19 Heydər Əliyev məzun oldu - Video22:16 "Zaurun verilişində anamı gördüm, 7 manat pul verdi ki, çıx get..." - Küçədə qalan uşaq - VİDEO21:42 Rəqsanə efirdə əkizlərinin UZİ görüntülərini göstərdi - VİDEO21:35 Müəllimlərə şad xəbər: maaşları artırılacaq19:16 60-78 yaşlı qadınlar modellərə döndülər - unikal FOTOlar16:09 Bakıda "Tələbəyəm, yemək almağa pulum yoxdur" deyən gəncə bunu dedilər - VİDEO16:06 Kişi avtobusda öpüşən qızla oğlanın biabırçı hərəkətinə belə reaksiya verdi - VİDEO15:34 Safura qızı Aişənin fotosunu paylaşdı15:31 Azərbaycanda dəhşət - Ər arvadını "kislota"yla yandırdı - VİDEO15:23 Məleykə Əsədova qızının atası ilə bağlı sualı belə cavablandırdı - VİDEO15:06 Əməkdar artistimizin hicaba keçən qızı ikinci dəfə ərə gedir - VİDEO14:53 Almeyda yığmadan da kənarlaşdırıldı13:34 Nigeriyalı futbolçuların rus qızlarla görüşməsinə qadağa qoyuldu13:09 Fermerlərə şad xəbər: Rusiya türk pomidorlarından razı qalmadı12:40 Bitkoin dövrə vurur12:26 Qadınları şantaj edən Aslan ələ keçdi - FOTO11:31 Final öncəsi şanslar - TƏHLİL11:07 Deputat: İlk jurnalist-publisistəm ki, “Xalq yazıçısı” fəxri adını almışam10:17 AXC-nin 100 illiyi San Dieqoda qeyd olunacaq09:16 “Real”, yoxsa “Liverpul”? 08:58 Putin Dünya Çempionatındakı əsas favoritini açıqladı
Загрузка...