1 1 ABŞ dolları = 1.7000 AZN1 1 Avro = 1.9117 AZN1 1 Rusiya rublu = 0.0251 AZN1 t.u. Qızıl = 2047.5310 AZN1 t.u. Gümüş = 23.9471 AZN
Gözləyin...
"Heç kimin altına uzanmamışam" - Təranə görün nəyini satışa çıxardı - FOTO

"Heç kimin altına uzanmamışam" - Təranə görün nəyini satışa çıxardı - FOTO

14 avgust 2018, 17:55
Oxunub: 1328
Azərbaycanlı aktrisa Təranə Əliyeva ilginc qərarı ilə diqqətləri üzərinə çəkib.

Milli.Az xəbər verir ki, istedadlı aktrisa sosial şəbəkə hesabından ali təhsil diplomlarını satışa çıxarıb.

Təranə bu qərarını onun istedadına qiymət verilmədiyi ilə əlaqələndirib.

Kino camiəsindən inciyən aktrisa, bu qəribə addımı ilə bağlı Milli.Az-a danışıb:

"Son vaxtlar baxıram ki, maşallah, hamı kino çəkir, hamı serial çəkir. Amma çəkilənlərin 90 faizin tanıya bilmirəm. Ən azından aktyorluğu bitirənlərin çoxunu tanıyıram, amma bunları yox. Sən demə hamısı başqa sahələrin adamlarl, bəziləri orta təhsilli, bəzilərinin isə heç attestatı da yoxdur.

Məni rejissorların çoxu tanıyır, təbii ki, əsl rejissorlar, daha aqronomlar yox. Amma onların da heç biri dəvət etmir.

Çünki hamı robot kimi bir sistemlə işləyir. Bu sistem də ondan ibarətdir ki, yalnız dost, taniş, qohum, qonşu ya da ki borcu olduğu adamı çəkib, borcu "raşot" eləmək.

Nəticə də göz qabağındadır. Kinematoqrafiya deyil e, kolxozdu. Baki Dövlət Universitetinin filologiya fakültəsini bitirəndən sonra, aktyorluğu da oxudum ki, aktrisa olanda mənə heç kim irad bildirməsin, dilim uzun olsun.

 

Hətta tələbə vaxtlarımda başda sənət müəllimim - mərhum xalq artistimiz Kamal Xudaverdiyev olmaqla, bütün müəllimlərimin ən sevimli tələbəsi olmuşam. Hamı deyirdi cox istedadlıdı, gələcəyi parlaqdı. Bir tərəfdən sevinirəm ki, ulduz olmaqçün bəziləri kimi heç kimin altına uzanmamışam.

Çəkildiyim az-çox filmlər, seriallar və TV-layihələr hamısı öz istedadımın gücünə olub. İndi də diplomlarımı satıram ki, Hollivud eşqiylə yaşayan bəzi "aktrisaciqlar" alıb, kef eləsinlər.

Çünki, diplomlar Azərbaycandan fərqli olaraq, Hollivudda lazım ola bilər".

Ana Səhifə
Digər Xəbərlər...

Xəbər lenti

23 oktyabr
23:41 Mehriban Xanlarovanın verilişi bağlandı - VİDEO
11 oktyabr
10:52 Millimiz dünya çempionatından məğlubiyyətlə ayrıldı10:50 Paşinyan istefasının tarixini bəyan etdi10:47 Ronaldu Mayorqa ilə intim yaxınlığın detallarını açıqladı10:44 Azərbaycanın ilk “plus-size” modeli - FOTO10:39 Putin Həbib Nurməhəmmədovla görüşdü10:37 Makqreqora məğlub olmuş idmançı Nurməhəmmədovu döymək istəyir10:35 Qaçan dustaqların işi: 800 dollar Etibarın idi10:22 Tanınmış Azərbaycanlını döyməsinə görə ələ saldılar - FOTO
30 sentyabr
22:33 18 yaşlı azərbaycanlı planetin ən yaraşıqlı oğlanı seçildi - FOTO22:31 Oktyabrın ilk gününə gözlənilən hava proqnozu açıqlandı22:24 Avropanın ən cazibəli turist məkanı müəyyənləşdi22:21 Lindsi Lohan canlı yayımda şillələndi - VİDEO
29 sentyabr
22:17 Azərbaycanda həkim xəstəni “ipoteka” sözünə görə döydü22:14 Ərdoğan: Terrorçuluğun İslamla heç bir əlaqəsi yoxdur22:12 Serbiya ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi22:07 Prezident xarici ölkələrdə keçirəcəyi tədbirlər haqqında sərəncam imzadı
28 sentyabr
14:00 Nazir: Ermənistanın təcavüzü bölgəmizin inkişafına əsas təhlükədir13:58 İranda öz əsgərlərini İsrail hərbçiləri ilə səhv saldılar13:55 Qəzzada gərginlik: 6 ölü, 506 yaralı13:51 ABŞ-ın F-35 qırıcısı qəzaya uğradı - VİDEO13:49 Türkiyədə tarixdə görünməyən qasırğa gözlənilir13:46 İranda spirtli içkidən kütləvi zəhərlənmə: ölənlər var13:44 Hərbi zavodda yanğınla bağlı cinayət işi açıldı
Загрузка...