1 ABŞ dolları = 1.7000 AZN1 Avro = 2.0067 AZN1 Rusiya rublu = 0.0272 AZN1 t.u. Qızıl = 2209.0820 AZN1 t.u. Gümüş = 28.9073 AZN
İqtisadiyyat...
Sahibkarlar vergi qanunvericiliyi ilə bağlı təkliflər verə bilərlər

Sahibkarlar vergi qanunvericiliyi ilə bağlı təkliflər verə bilərlər

14 mart 2018, 10:02
Oxunub: 190
Vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi, şəffaflığın təmin edilməsi, idarəetmə prinsiplərinin yenidən təşkili və gələcək iş fəaliyyətinin əsas istiqamətlərinin vergi orqanları əməkdaşlarına və sahibkarlara çatdırılması məqsədilə mart ayının 5-dən 9-dək vergi xidməti əməkdaşları və iş adamları ilə görüşlər keçirilib.
Oxu.Az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhərində Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti, Bakı şəhəri Lokal və Kiçik Sahibkarlıqla İş Departamenti, eləcə də, ərazi vergi orqanlarının yerləşdikləri və əhatə dairəsində olan 12 şəhərdə - Sumqayıt, Gəncə, Yevlax, Şirvan, Lənkəran, Şəmkir, Quba, Göyçay, Qəbələ, Zaqatala, Şamaxı və İmişlidə Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə keçirilmiş görüşlərdə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 4000-ə yaxın vergi ödəyicisi iştirak edib.
Görüşlərdə bildirilib ki, hazırda qanunvericiliyin təkmilləşdirilməsi üçün sahibkarların, eləcə də, ictimaiyyətin nümayəndələrinin fikir və təklifləri öyrənilir.
Bu prosesdə sahibkarlar təşəbbüskar olmalı, vergi qanunvericiliyi və  inzibatçılığı ilə bağlı təkliflərini martın 31-dək nazirliyin müvafiq komissiyasına təqdim etməlidirlər.
Görüşlərdə vergi ödəyicilərinə ünvanlanmış müasir vergi siyasətinə uyğun tələb və gözləntilər, vergilərin könüllü ödənilmə səviyyəsinin yüksəldilməsi, vergi uçotunun təkmilləşdirilməsi, vergi ödəyiciləri ilə vergi orqanı arasında münasibətlərin qarşılıqlı hörmət və etimad əsasında qurulmasının vacibliyi, vergi auditinin gəlir və xərc sənədlərinə əsasən aparılması, vergi qanunvericiliyi, vergi inzibatçılığı və digər məsələlər barədə vergi ödəyiciləri ilə işgüzar şəraitdə müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Ana Səhifə
Digər Xəbərlər...

Xəbər lenti

18 iyun
22:58 ''Arvadlı-kişili hamınızı aparıb qoyacam içəri..'' - Bakıda hamı bu polisdən danışır - VİDEO15:25 Azərbaycanlı ifaçı canlı yayıma bağlanmaq istəyən anasıyla danışmaqdan imtina etdi: "Bağışlamaram"- VİDEO15:19 Afaq Aslan: “Oturmadığı qucaq qalmayıb” - VİDEO12:07 "Almaniya üzərindəki qələbəni meksikalı azarkeşlərə həsr edirik"12:04 Murad və Tuba 11 il sonra yenidən bir arada - Video11:56 Bu da Shahrukh Khanın özündən yaraşıqlı oğlu - FOTO11:48 Roza maşını kimə hədiyyə edib?- FOTO00:09 Bürclər Haqqında 17 - 06 - 2018
17 iyun
22:56 "Son zəng" günü qəflətən dünyasını dəyişən müəllimin son görüntüləri yayıldı - VİDEO22:43 Yol polisi reyd keçirib: 30-dan artıq sürücü cərimələnib - VİDEO22:09 Tora düşən heyvan insanları çaş-baş saldı - Baş hissəsi quş, bədən hissəsi isə balıqdır / VİDEO21:55 Aynişanın ailəsində XOŞ GÜN: Möhtəşəm - FOTOLAR21:48 "Oturub-durmadıqları qucaq qalmayıb" - Afaq Aslan özündən çıxdı - VİDEO21:37 Azəri qızı Günelin qardaşının xınayaxdı mərasimindən VİDEO21:22 DÇ-2018-də ilk sensasiya: Almaniya uduzdu - VİDEO20:55 "Bakılı oğlanlar"dan Məmmədxanovun qızına TOY SÜRPRİZİ - VİDEO20:41 “Ermənilər kişi deyil, biz Azərbaycan kişilərini istəyirik” - Erməni qızlar üsyan etdi - VİDEO20:35 İş adamının oğlu ilə ailə quran Anar Məmmədxanovun qızının toyundan İLK GÖRÜNTÜLƏR - VİDEOLAR
16 iyun
00:12 Bürclər Haqqında 16 - 06 - 2018
15 iyun
23:01 Leyla Əliyevadan bayram təbriki22:40 Fədayə Laçınla bağlı XƏBƏR VAR: Avqustda...22:30 Roza Hüseynə "Əlini maşından çək" deyib stəkan atdı - VİDEO22:25 Dilənçi qadının paltarını çıxardılar və... - Hər şey bir anda ortaya çıxdı / VİDEO22:17 Nigar Camaldan bu geyimdə ehtiraslı RƏQS - VİDEO
Загрузка...