1 ABŞ dolları = 1.7000 AZN1 Avro = 1.9343 AZN1 Rusiya rublu = 0.0254 AZN1 t.u. Qızıl = 2000.3730 AZN1 t.u. Gümüş = 24.9162 AZN
Yeni siyasət xəbərləri...
Səməd Seyidov: AŞPA-nın fəaliyyəti şəffaf deyil

Səməd Seyidov: AŞPA-nın fəaliyyəti şəffaf deyil

16 may 2018, 17:02
Oxunub: 373
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın bəzi üzvlərinə, o cümlədən, onun özünə sanksiya tətbiq edilməsi məsələsi ilə bağlı mətbuat konfransı keçirib.
Oxu.Az məlumat verir ki, S.Seyidovun dediyinə görə, Azərbaycan AŞPA-nın strukturları ilə konstruktiv əməkdaşlıq edir.
S. Seyidov qeyd edib ki, bu qurumda Azərbaycana qarşı ikili standartlar da var: 
“Biz bunun dəfələrlə şahidi olmuşuq. Elan olunan qərar ikili standartların tərkib hissəsidir. Bunun heç bir əsası yoxdur, bu, Azərbaycanı istəməyən qüvvələrin dəyirmanına su tökməkdir”.
O qeyd edib ki, heç kimi məhkəmə olmadan, hüquqi prosedur olmadan ittiham etmək olmaz:
“Bizim fikrimiz özünü doğrultdu, həmin komitənin böyük hesabatı Azərbaycana qarşı yönəlmişdi. AŞPA-nın fəaliyyəti şəffaf deyil. Azərbaycanla bağlı qəbul olunmuş qərarların əksəriyyəti mənfidir.
Guya beş il bundan öncə kimsə kiməsə deyib ki, monitorinq komitəsinin rəyi Səməd Seyidova əvvəlcədən bəlli idi. Dünən qəbul olunmuş sənəd düzgün qiymətləndirilməlidir. Heç kim Azərbaycanı və onun üzvlərini Avropa Şurasından kənarlaşdıra bilməz. Sanksiyalar söz deməyimizə və sənəd qəbuluna əngəl yarada bilməz.
Bu hansısa seçki prosesində müşahidəçi qismində iştirak etməyə və hansısa ölkə ilə bağlı rəylə çıxış etməyə imkan vermir”.
Nümayəndə heyətinin rəhbəri onu da əlavə edib ki, AŞPA-da sanksiyaya məruz qalan şəxslər Ermənistanın işğalına münasibətdə Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyən şəxslərdir: 
“Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində fəaliyyət göstərən insanlar daim qurumda sanksiyaya məruz qalıb.
Ən əsası da bir neçə komitədə, bir neçə iclasda Dağlıq Qarabağ və ətraf rayonların azad olunması ilə bağlı məsələlər qaldıran insanlar bu gün sanksiyaya məruz qalıb.
Əsas hədəf hansısa şəxs deyil. Nümayəndə heyətimizin rəhbəri bu gün bir şəxsdir, sabah başqa şəxs ola bilər.
Əsas məsələ Azərbaycanın milli maraqlarıdır. Biz bu müdaxiləyə imkan verməyəcəyik. Azərbaycanın AŞPA-da fəaliyyətini daha da yüksək formada təşkil edəcəyik.
Bu sanksiya Azərbaycana deyil, AŞPA-nın öz nüfuzuna mənfi təsir göstərəcək.
Biz növbəti sessiyada iki nəfərlə də olsa, təmsil olunacağıq, boş qalan yerlərə də şəxslər seçiləcək”.
Ana Səhifə
Digər Xəbərlər...

Xəbər lenti

17 avgust
16:08 Əməkdar artist Aybəniz Haşımovanın qızının lüks həyat tərzi - FOTOLARDA15:16 ATV-nin cazibədar aparıcısı ilə Şəhriyarın səmimi FOTOSU15:12 DYP maşından düşüb oynayan sürücüləri cərimələdi - VİDEO15:09 Tolik Azərbaycanda bir rəqsi ilə məşhurlaşan uşağı tapdı - Bakıya gəlir (VİDEO)14:50 Gəncəlilər bu videonu mütləq izləsin: Lələ, sənin qadanı alım - VİDEO14:39 Bakıda avtobusda daha bir biabırçılıq: Niyə arxama toxunursan? - VİDEO14:37 ATV aparıcısının xanımı ilə səmimi görüntüsü - VİDEO13:34 Türkiyədə dollar altı lirəni keçdi - YENİLƏNİB12:33 Ölkəyə 17 milyon dollarlıq kondisioner gətirilib00:15 Bürclər Haqqında 17 - 08 - 2018
16 avgust
23:58 Natavanı bir də belə görün - VİDEO23:56 Bakı metrosunda maraqlı anlar - hər kəsi əyləndirdi - VİDEO23:52 Sevgilisinə söz atan oğlana görün nə etdi - VİDEO23:23 Ağlayan sahibini sevindirmək üçün oyuncaqlarını gətirdi/ VİDEO23:20 Məşhur azərbaycanlı çoban da tələbə adını qazandı - VİDEO23:17 Mənzurə də imicini dəyişdi - FOTOLAR22:49 675 bal toplayıb Universitetdən imtina edən qız - GÖRÜN HANSI PEŞƏNİ SEÇDİ22:43 Mətanətlə Kərimin şıdırğı rəqsi - VİDEO22:41 Bakıda yol kənarında əxlaqsız qadınların "axşam bazarı" - VİDEO22:32 Azərbaycanlı aparıcıya canlı efirdə elçi düşdülər - VİDEO22:30 Bu ilin ən yaxşı smartfonu bəlli oldu20:11 Nanənin qısa ətəyi - FOTO18:32 Prezident yol tikintisinə 11 milyon ayırdı18:14 İlham Əliyev həmkarlarını təbrik edib
Загрузка...