1 ABŞ dolları = 1.7000 AZN1 Avro = 1.9570 AZN1 Rusiya rublu = 0.0259 AZN1 t.u. Qızıl = 2087.5150 AZN1 t.u. Gümüş = 24.9359 AZN
Yeni siyasət xəbərləri...
Vitse-spiker: Qarabağ məsələsində mövqeyimizdən geri dönməyəcəyik

Vitse-spiker: Qarabağ məsələsində mövqeyimizdən geri dönməyəcəyik

28 sentyabr 2018, 13:38
Oxunub: 114
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində öz qətiyyətli mövqeyini və fəal diplomatik səylərini davam etdirir.

Bunun nəticəsidir ki, ayrı-ayrı beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxtəlif qərar və qətnamələr qəbul ediblər.

Prezident İlham Əliyev Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda bu məqamlara da toxundu və diqqətə çatdırdı ki, münaqişənin həllinin bir yolu var. Ermənistan silahlı qüvvələri bizim torpaqlarımızdan çıxarılmalıdır, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və ondan sonra bölgədə sülh yarana bilər.

Oxu.Az xəbər verir ki, bunu vitse-spiker, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Bahar Muradovadeyib.

“Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünün bütün dünya tərəfindən tanındığını, bütün ölkələrin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu vurğuladı. Əlbəttə, Prezident İlham Əliyevin həmin tədbirdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqları və Azərbaycanın mövqeyini qətiyyətlə diqqətə çatdırması çox mühüm əhəmiyyətə malikdir”, - deyən B.Muradovanın sözlərinə görə, indiki şəraitdə parlament diplomatiyası da Dağlıq Qarabağ münaqişəsinin həllinə dair beynəlxalq miqyasda mühüm qərar və qətnamələrin qəbul edilməsinə çox ciddi təsir göstərir.

“Azərbaycan deputatlarının beynəlxalq miqyasda fəaliyyətinin prioritet istiqamətini Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar reallıqların dünya ictimaiyyətinə çatdırılması təşkil edir. Bu istiqamətdə ardıcıl və məqsədyönlü fəaliyyət uğurla davam etdirilir.

Son illərdə Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli və beynəlxalq hüquq normalarına əsaslanan, ölkəmizin ərazi bütövlüyünün dəstəkləndiyi qətnamələr qəbul ediblər. Bu, olduqca mühüm əhəmiyyətə malikdir.

Bütövlükdə, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində qətiyyətli – prinsipial mövqeyi beynəlxalq hüquq normalarına və ölkəmizin milli maraqlarına əsaslanır. Ermənistanın yeni rəhbərliyi isə bir-birini təkzib edən ziddiyyətli və məntiqsiz bəyanatlar verməklə, bu ölkənin qeyri-konstruktiv mövqeyini nümayiş etdirir.

Prezident İlham Əliyev haqlı olaraq qeyd etdi ki, bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir.

Dövlətimizin başçısı Azərbaycanın öz prinsipial mövqeyindən geri dönməyəcəyini bildirərək vurğuladı ki, Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır, beynəlxalq hüquq baxımından Azərbaycan torpağıdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edilməlidir”, - deyə vitse-spiker əlavə edib.

Ana Səhifə
Digər Xəbərlər...

Xəbər lenti

11 oktyabr
10:52 Millimiz dünya çempionatından məğlubiyyətlə ayrıldı10:50 Paşinyan istefasının tarixini bəyan etdi10:47 Ronaldu Mayorqa ilə intim yaxınlığın detallarını açıqladı10:44 Azərbaycanın ilk “plus-size” modeli - FOTO10:39 Putin Həbib Nurməhəmmədovla görüşdü10:37 Makqreqora məğlub olmuş idmançı Nurməhəmmədovu döymək istəyir10:35 Qaçan dustaqların işi: 800 dollar Etibarın idi10:22 Tanınmış Azərbaycanlını döyməsinə görə ələ saldılar - FOTO
30 sentyabr
22:33 18 yaşlı azərbaycanlı planetin ən yaraşıqlı oğlanı seçildi - FOTO22:31 Oktyabrın ilk gününə gözlənilən hava proqnozu açıqlandı22:24 Avropanın ən cazibəli turist məkanı müəyyənləşdi22:21 Lindsi Lohan canlı yayımda şillələndi - VİDEO
29 sentyabr
22:17 Azərbaycanda həkim xəstəni “ipoteka” sözünə görə döydü22:14 Ərdoğan: Terrorçuluğun İslamla heç bir əlaqəsi yoxdur22:12 Serbiya ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi22:07 Prezident xarici ölkələrdə keçirəcəyi tədbirlər haqqında sərəncam imzadı
28 sentyabr
14:00 Nazir: Ermənistanın təcavüzü bölgəmizin inkişafına əsas təhlükədir13:58 İranda öz əsgərlərini İsrail hərbçiləri ilə səhv saldılar13:55 Qəzzada gərginlik: 6 ölü, 506 yaralı13:51 ABŞ-ın F-35 qırıcısı qəzaya uğradı - VİDEO13:49 Türkiyədə tarixdə görünməyən qasırğa gözlənilir13:46 İranda spirtli içkidən kütləvi zəhərlənmə: ölənlər var13:44 Hərbi zavodda yanğınla bağlı cinayət işi açıldı13:39 Evli qadın sevgilisi ilə birgə taksi çağırdı, əri gəldi
Загрузка...